Accessibility links

Fransanın Avropa naziri: Ukraynanın Avropa İttifaqına qoşulması azı 15-20 il çəkə bilər


Fransanın Avropa işləri üzrə dövlət katibi Klement Bon (21 fevral, 2022)
Fransanın Avropa işləri üzrə dövlət katibi Klement Bon (21 fevral, 2022)

Fransanın Avropa işləri üzrə dövlət katibi bildirib ki, Ukraynanın Avropa İttifaqına qoşulması azı 15-20 il çəkə bilər. Klement Bonun bu sözləri Ukrayna prezidenti Volodimir Zelenskinin qısa müddət ərzində Avropa blokuna qoşulmaq ümidləri sual altına alır.

“Biz səmimi olmalıyıq. Əgər siz Ukraynanın altı ay, bir və ya iki il ərzində Avropa İttifaqına qoşulacağını deyirsinizsə, siz yalan danışırsınız.” – deyə Bon mayın 22-si Radio J-yə verdiyi müsahibədə bildirib: “Mən ukraynalılara illüziya və ya yalan təklif etmək istəmirəm.”

Fransanın Avropa nazirinin şərhi ölkə prezidenti Emmanuel Makronun Ukraynanın Avropa İttifaqı ilə müəyyən formada “əməkdaşlıq” təklifindən sonra səslənib. Mayın 21-i Ukrayna prezidenti Zelenski Makronun bu təklifindən imtina edib.

“Bizə bu cür kompromis lazım deyil.” – deyə, Zelenski Kyivdə Portuqaliya baş naziri Antonio Kosta ilə birgə mətbuat konfransında bildirib. Ukrayna prezidenti əlavə edib ki, bu addım Ukrayna ilə Avropa arasında deyil, Avropa ilə Rusiya arasında kompromis olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG