Accessibility links

Britaniya hakimiyyəti Abramoviçə "Chelsea" futbol klubunu satmağa icazə verib


Böyük Britaniya hökuməti rusiyalı milyarder Roman Abramoviçə "Chelsea" futbol klubunun satışına lisenziyanı verib.

Britaniya idman naziri Nadine Dorries bildirib ki, İngiltərə hökuməti "Chelsea"nin "Los Angeles Dodgers"ın səhm-sahibi Todd Bohlinin rəhbərlik etdiyi və Clearlake Capital tərəfindən dəstəklənən konsorsiuma satışına icazə verən lisenziya verib.

Futbol klubunun hazırkı sahibi Roman Abramoviç Britaniya hökuməti tərəfindən sanksiyalara məruz qalıb. O, Moskvanın "xüsusi hərbi əməliyyat" adlandırdığı Rusiyanın Ukraynaya müdaxiləsindən sonra martın əvvəlində "Chelsea" klubunu satışa çıxarıb.

Britaniya hakimiyyəti əmin idi ki, sövdələşmənin bəyan edilmiş şərtləri nə Abramoviçə, nə də sanksiyalar altında olan hər hansı digər şəxsə maliyyə faydası gətirəcək.

Klubu Los Angeles Dodgers beysbol komandasının sahibi, amerikalı milyarder Todd Bohli də daxil olmaqla, iş adamları konsorsiumu 4,25 milyard funta (təqr. $5,3 mlrd dollar) satın alacaq. Gəlirlər Böyük Britaniyadakı dondurulmuş bank hesabına köçürüləcək, sonra Abramoviçin söz verdiyi kimi Ukraynadakı müharibə qurbanlarına kömək edən xeyriyyə fonduna göndəriləcək.

Bu məbləğin 2,5 milyard funt-sterlinqi (təqr. $3 mlrd dollar) "Chelsea"nin səhmlərinin alınmasına sərf olunacaq. Daha 1,75 milyard funt-sterlinq (təqr. $2,1 mlrd dollar) yeni sahiblər tərəfindən klubun inkişafına, o cümlədən qadınlar komandasına, "Chelsea" akademiyasına və klubun Londondakı iki stadionuna investisiyalara yatırılacaq.

Roman Abramoviç Rusiyanın ən varlı adamları siyahısındadır. Onu Rusiya prezidenti Vladimir Putinə yaxın oliqarx adlandırırdılar. Lakin, o özü bunu inkar edir və Rusiyanın siyasi həyatında iştirak etmir. Abramoviçin Rusiya və İsrail pasportları var.

Rusiyanın Ukraynaya təcavüzündən sonra Avropa İttifaqı və Böyük Britaniya ona qarşı sanksiyalar tətbiq edib. Buna görə ABŞ-ın bir neçə fondu onun aktivlərini dondurub, ABŞ Ticarət Nazirliyi isə onun təyyarəsinə texniki xidmət göstərilməsini qadağan edib. 13 aprel 2022-ci ildə Cersi adasının Məhkəməsi Abramoviçlə əlaqəli 7 milyard dollardan çox aktivləri dondurub.

Roman Abramoviç "Chelsea" klubuna 2003-cü ildən sahibdir və martda onun satıldığını elan edib.

Dünyaya Baxış

AZE Daily 08 18 2022.mp4
please wait

No media source currently available

0:00 0:10:21 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG