Accessibility links

Bayden Asiya səfərini Çinə xəbərdarlıqla başa çatdırıb


Bayden Asiya səfərini Çinə xəbərdarlıqla başa çatdırıb
please wait

No media source currently available

0:00 0:02:21 0:00

Bayden Asiya səfərini Çinə xəbərdarlıqla başa çatdırıb

ABŞ prezidenti Co Bayden bu həftə Asiyaya altı günlük səfərini Çinə beynəlxalq nizamın fundamental prinsiplərini dəstəkləməsi barədə xəbərdarlıqla sona çatdırıb. Yaponiya, Hindistan və Avstraliya liderləri ilə Tokioda sammitdə çıxış edən Bayden bildirib ki, “ərazi bütövlüyü, suverenlik, beynəlxalq hüquq və insan hüquqları dünyanın harasında pozulmasından asılı olmayaraq, həmişə qorunmalıdır”. Sammitdə Dördlük kimi tanınan qrupun liderləri Asiyada Rusiyanın Ukraynaya hərbi müdaxiləsi kimi təcavüzkar hərəkətlərin qarşısını almağa söz veriblər.

Tokioda Dördlük kimi tanınan qeyri-rəsmi qrupun sammiti zamanı Yaponiyanın baş naziri Fumio Kişida, Hindistanın baş naziri Narendra Modi və Avstraliyanın yeni seçilmiş baş naziri ntoni Albanese ABŞ prezidenti Co Baydenlə birlikdə Ukraynada müharibəni pisləyiblər.

“Biz ümumi tariximizin qaranlıq dövrünü yaşayırıq. Rusiyanın Ukraynaya qarşı amansız və əsassız müharibəsi humanitar fəlakətə səbəb olub,” Bayden bildirib.

Dördlük liderləri Çinə yönəlmiş açıq mesajda Asiyada oxşar təcavüzkar hərəkətlərin qarşısını almağa söz verib.

“Biz həmçinin razılaşdıq ki, status-kvonu güc yolu ilə dəyişdirmək üçün birtərəfli cəhdlərə heç vaxt heç bir yerdə yol verilməyəcək, ” Yaponiyanın baş naziri Fumio Kişida deyib.

Çinin işğal etdiyi halda ABŞ-ın Tayvanı müdafiə etmək üçün müdaxilə edə biləcəyini söylədikdən bir gün sonra Bayden ABŞ-ın Tayvanla bağlı strateji qeyri-müəyyənlik siyasətinin dəyişməz olduğunu bildirib.

“Bu siyasət ümumiyyətlə dəyişməyib. Bunu dünən açıqlama verəndə demişəm, ” Bayden bildirib.

Çoxları Çinin Tayvanı mümkün işğal etməsindən ehtiyat etsə də, Çinin militarizasiya siyasətinin ən çox Pekinin süni adalar yaratdığı və hərbiləşdirdiyi Cənubi Çin dənizinin mübahisəli sularında hiss olunduğu bildirir.

Çin hərbi xərclərini kəskin şəkildə artırıb və hazırda ABŞ-dan sonra dünyada ikinci ən böyük müdafiə büdcəsinə malikdir.

“Qabiliyyət baxımından o hələ də Birləşmiş Ştatlardan çox aşağıdır, lakin qlobal səviyyədə olmasa da, ən azı Asiya-Sakit Okean regionunda kifayət qədər sürətlə ona yaxınlaşır,” Loui İnstitutunun Beynəlxalq Təhlükəsizlik Proqramının direktoru Sam Roggeven deyib.

Dördlük liderləri həmçinin qeyri-qanuni balıqçılığın azaldılmasına yönəlmiş təşəbbüsü də açıqlayıblar.

Qeyri-qanuni, qeydə alınmamış və tənzimlənməmiş balıq ovu xəritələrini göstərən 2021 Balıqçılıq İndeksinə görə, Çin bu sahədə ən çox pozuntulara yol verir.

Lakin Çin regionda bu təcrübə ilə məşğul olan yeganə ölkə deyil.

“Mən hesab edirəm ki, bu, Çinin öz sularında fəaliyyətinə diqqəti cəlb etmək məqsədi daşıyır. Lakin eyni zamanda burada ABŞ və Dördlük ölkələrinin cəlb etməyə çalışdığı bəzi ölkələrə də diqqət yönəlir,” Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun baş elmi işçisi Aaron Konnelli bildirib.

Dördlük ölkələri qrupu sammit keçirən zaman Rusiya çərşənbə axşamı təyyarənin videosunu yayımlayaraq, Yapon və Şərqi Çin dənizləri üzərində Çinlə birgə hava patrulları həyata keçirdiyini bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG