Accessibility links

Kevin Speysi cinsi zorakılıqda ittiham edilir


Britaniya prokurorları bildirib ki, aktyor Kevin Speysi üç kişiyə qarşı dörd cinsi zorakılıqda ittiham edilib. Tac Prokurorluğu Xidməti bildirib ki, Speysi "həmçinin razılığı olmadan bir insana nüfuz edən cinsi fəaliyyətə sövq etməkdə ittiham olunub".

İddia edilən hadisələr 2005-ci ilin martından 2008-ci ilin avqustuna qədər Londonda, biri isə 2013-cü ilin aprelində İngiltərənin qərbində baş verib.

İddiaaçılar hazırda 30-40 yaşlarındadır.

Xidmətin Xüsusi Cinayətlər Bölməsinin rəhbəri Rozmeri Ainsli bildirib ki, ittihamlar London Metropoliten Polisi tərəfindən toplanmış sübutların nəzərdən keçirilməsindən sonra irəli sürülüb.

İki dəfə Akademiya Mükafatı laureatı olan 62 yaşlı Speysi 2019-cu ildə bir neçə kişinin onlara hücum etdiyinə dair iddiaları ilə bağlı Britaniya polisi tərəfindən sorğu-sual edilib.

Keçmiş "Kartlar Evi"nin ulduzu 2004-2015-ci illərdə Londonun Old Vic Teatrına rəhbərlik edib. Speysi 1995-ci ildə çəkilmiş "Adi şübhəlilər" filminə görə ikinci planda ən yaxşı aktyor üçün Akademiya Mükafatını və 1999-cu ildə "Amerika gözəli" filminə görə baş rol ifaçısı Oskarını qazanıb.

Speysi ittihamları rədd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Çin Tayvanı ilhaqı ilə bağlı hədəsini təkrarlayır
please wait

No media source currently available

0:00 0:11:34 0:00
XS
SM
MD
LG