Accessibility links

Zelenski yeni silahlarla bağlı yaxşı xəbərlər gözlədiyini deyir


Ukrayna prezidenti Volodimir Zelenski müttəfiqlərin ölkəni ehtiyac duyulan silahlarla təmin edəcəyinə ümid etdiyini bildirib. Hal-hazırda Ukrayna ordusu şiddətli döyüşlərlə qərb ərazilərində Rusiya qüvvələrinin irəliləməsinin qarşısı almağa çalışır.

Mayın 28-i gündəlik gecə video müraciəti zamanı Zelenski silahların çatdırılması ilə bağlı bu həftə ərzində yaxşı xəbərlər gözlədiyini deyib, amma bu barədə daha ətraflı məlumat verməyib.

Zelenski bildirib ki, Donbas ərazisində hərbi vəziyyət olduqca mürəkkəbdir və əlavə edib ki, müdafiə qüvvələri Severodonetsk və Lisiçansk şəhərləri daxil olmaqla bir neçə ərazidə müqavimət göstərməyə davam edir. Hər iki şəhər Luhansk vilayətinin Ukraynanın nəzarətində olan ərazisində son iki böyük şəhərdir.

Verilən məlumatlara görə, Rusiya qüvvələri son həftələr ərzində Ukraynanın qərbindəki Donbas ərazisində irəliləyişlər əldə edib.

XS
SM
MD
LG