Accessibility links

Bayden ABŞ-ın Ukraynaya Rusiyaya çata biləcək raket sistemləri göndərməyəcəyini bildirib


ABŞ prezidenti Co Bayden bazar ertəsi Birləşmiş Ştatların Ukraynaya Rusiya ərazisinə çata biləcək raket sistemləri göndərməyəcəyini bildirib.

Bu açıqlamalar ABŞ mediasında Bayden administrasiyasının Rusiyaya qarşı mübarizədə kömək məqsədilə Kyivə müasir uzaqmənzilli raket sistemləri göndərməyə hazırlaşdığına dair xəbərlərdən sonra verilib.

“Ukraynaya Rusiya ərazisinə çata biləcək raket sistemləri göndərməyə hazırlaşmırıq,” Bayden həftəsonu Delaver ştatından qayıtdıqdan sonra Ağ Evdə jurnalistlərə bildirib.

ABŞ rəsmiləri bundan öncə belə silah sistemlərinin nəzərdən keçirildiyini bildirmişdilər.

Ukrayna rəsmiləri yüzlərlə kilometer uzaqlıqda raket zərbələri endirmək qabiliyyətinə malik, daha yüksək dəqiqliklə peyklə idarə olunan MLRS (Multiple Launch Rocket System) adlanan uzaqmənzilli raket sistemləri əldə etməyə çalışır.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bazar ertəsi Vaşinqtonun Rusiya ərazisinə çata biləcək raket sistemlərini Ukraynaya göndərməmək qərarının “rasional” olduğunu bildirib.

Reuters agentliyinin bildirdiyinə görə, prezident Baydenin jurnalistlərin suallarını cavablandırarkən hansı raket sistemlərini nəzərdə tutduğu aydın deyil.

Ukrayna hökuməti artıq dördüncü aydır davam edən müharibənin gedişatını dəyişmək üçün Qərbi dəfələrlə daha uzaqmənzilli silahlarla təmin etməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG