Accessibility links

Zəfər Əhmədov: Bu əfvi qənaətbəxş hesab etmək olmaz


Hüquq müdafiəçisi Zəfər Əhmədov
Hüquq müdafiəçisi Zəfər Əhmədov

Ötən həftə Azərbaycan prezidentinin imzaladığı əfv bir sıra hüquq müdafiəçiləri tərəfindən birmənalı qarşlanmayıb. Hüquq müdafiəçisi Zəfər Əhmədov Amerikanın Səsinə müsahibəsində əfv sərəncamının yarımçıq olmasından və eləcə də ölkədə siyasi azadlıqlarla bağlı son vəziyyətdən danışıb.

Zəfər Əhmədov: Bu əfvi qənaətbəxş hesab etmək olmaz
please wait

No media source currently available

0:00 0:05:45 0:00

Amerikanın Səsi: Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı hüquq müdadiəçilərin siyasi məhbus kimi tanıdığı bəzi şəxslərə də aid edilib. Buna baxmayaraq sənəd birmənalı qarşılanmayıb. Bəs Siz necə qiymətləndirirsiniz ? Bu sənəd əfv problemini nə dərəcə də həll edir?

Zəfər Əhmədov: Əfv problemi həll olunmadı bu sənədlə. Mən fərmanda 237 nəfər gördüm, sonra oxudum ki, 231 nəfərdir. Məsələ burasındadır ki, siyasi məhbus məsələsində məsələ yenə gəlib dirənir ki, siyasi məhbus kimə deyilir ? Hansı kriteriyalara əsaslanaraq o adamlar azad olunur. Hər halda belə çıxır ki, 26 nəfər siyasi məhbusa şamil edilib. Bu da həddən artıq azdır. Bildiyiniz kimi bu gün ölkədə qeydiyyata alınan, bizim razılaşmağımızdan və yaxud razılaşmamağımızdan aslı olmayaraq 150 yaxın siyasi məhbus var idi. Tutaq ki, onların 26 nəfəri azad olundusa və ondan sonra da həmən ərəfədə deyək bu bir iki ay ərzində təxminən on nəfər ora əlavə olunub. Buna görə də bunu qətiyyən qənaətbəxş saymaq olmaz. Bir yandan saya görə, digər tərəfdən isə adi nisbətlə götürəndə Azərbaycanda da bu haqda dəqiq məlumat yoxdur. İyirmi minə yaxın məhbus var. Ancaq cəzaçəkmə müəssisələrində olanlardan söhbət gedir. İyirmi minə yaxın məhbusun içərisindən əfvin ancaq 231 və yaxud 237 nəfərə aid olmağı bu hər halda qənaətbəxş sayılmır.

Amerikanın Səsi: Ümumiyyətlə ölkədə siyasi azadlıqlarla bağlı vəziyyəti necə dəyərləndirərdiniz?

Zəfər Əhmədov: Bilirsiniz son vaxtlar bizim müəyyən ümidlərimiz var idi ki, müəyyən yumşalmalar getməlidir. Hər şey nəzərə alanda həm beynəlxaq aləmdə baş verənləri, həm Azərbaycanın Aİ ilə imzalaması gözlənilən sənədi nəzərə alanda biz gözləyirdik ki, hansısa büsbətə doğru dəyişikliklər olar. Hətta bizim ümidlərimizi müəyyən qədər təsdiq edən faktlar da, olmuşdu. Deyək 14 may aksiyası, sonrakı bəzi aksiyalar və s. Amma indi görürük ki, yenə həmin məsələlər, yenə siyasi fəalların hədələnməsi, həbs olunması, siyasi mühacirlərin həbsi . Artıq məhkəmələr başlayıb. Onların işi bir-bir məhkəməyə gedir. Hətta yeni siqnallar çatır ki, yeni siyasi mühacirlər də bura əlavə olunmalıdır. Yenə həbslər gözlənilir. Odur ki, yaxşılamşağa doğru heç nə yoxdur.

Amerikanın Səsi: Hüquqları pozulan vətəndaşlar etibarlı müdafiə mexanizmlərinə malikdirlərmi, keyfiyyətli hüquqi yardım ala bilirlərmi? Bu sahədə sizcə hansı işlər görülməlidir?

Zəfər Əhmədov: Bu gün ən ağır vəziyyət insanların hüquqi yardım alması məsələsindədir. Ona görə ki, indiyə qədər müəyyən mənbələrdən biz insanlara kömək edirdik vəkil tutulmasında, vəkillərin qonararın ödənilməsində müəyyən fondlar, şəxslər tərəfindən kömək olunurdu. Birincisi son vaxtlar müqavilənin bağlanılması üçün orderin qiymətlərin qalxması və s. Mən öz təcrübəmdən danışıram indiyə qədər belə çətin vəziyyət görməmişəm vətəndaşların hüquqi yardımla təmin olunması sahəsində.

Xatırlatma

Azərbaycan prezidenti İlham Əliyev mayın 27-də məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 168 şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilib. Habelə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 36 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Onlardan başqa, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad edilib. Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Sərəncam bütünlükdə 213 şəxsə şamil edilib. Azadlığa çıxanlar arasında siyasi məhbus sayılan şəxslər də var.

Sonuncu əfv sərəncamı 2021-ci il martın 18-də imzalanmışdı. Onda 475 məhbusun azadlığa qovuşduğu sənəddən 40-a yaxın siyasi məhbus sayılan şəxs də yararlanmışdı.

Bununla belə, bir sıra yerli hüquq-müdafiə təşkilatları vurğulayırdılar ki, ölkədə, hələ də 100 civarında siyasi məhbus qalır. Rəsmilər ölkə həbsxanalarında siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyir ki, siyasi məhbus sayılan şəxslər sırf törətmiş olduqları əmələ görə məsuliyyətə alınıblar.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG