Accessibility links

Natiq Cəfərli: Rusiyaya tətbiq edilən sanksiyalar Azərbaycana enerji sahəsində yeni imkanlar açır


Natiq Cəfərli: Rusiyaya tətbiq edilən sanksiyalar Azərbaycana enerji sahəsində yeni imkanlar açır
please wait

No media source currently available

0:00 0:06:35 0:00

Natiq Cəfərli: Rusiyaya tətbiq edilən sanksiyalar Azərbaycana enerji sahəsində yeni imkanlar açır

İqtisadçı ekspert Natiq Cəfərli Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar fonunda, Azərbaycana enerji sahəsində yeni fürsətlərin açılmasından və ölkədə artan neft gəlirlərinin necə istifadə edilməsindən danışıb.

Amerikanın Səsi: Müşahidələr göstərir ki, Rusiya-Ukrayna müharibəsi fonunda Moskvanın enerji asılılığından qurtulmaq istəyən və enerji axınlarını şaxələndirməyi nəzərdə tutan Avropanın Azərbaycanın karbohidrogen resurslarına diqqəti artıb. Bunu biz bu günlərdə keçirilən Bakı enerji həftəsində də gördük. Müzakirələr xüsusilə qaz ixracının artırılmasından gedir. Azərbaycanın buna potensialı varmı? Azərbaycan yaxın illərdə Avropaya hansı həcmdə qaz nəql edə bilər ?

Natiq Cəfərli: Ümumiyyətlə Aİ ölkələrinin il ərzində qaza tələbatı 510 milyard kub metrdi. Bu kifayət qədər böyük bir həcmdir. Bunun 35 faizə yaxını Rusiya təmin edirdi. Azərbaycanın Avropanın qaz bazarına çıxaraca biləcəyi həcm kifayət qədər məhduddur. Keçən il 10 milyard kub metrə yaxın biz qaz ixrac eləmişdik Avropa İttifaqı ölkələrinə, əsasən İtaliyaya. Amma bunun iki dəfə artırılması mümkündür. Yəni TAP və TANAP layihəsinin həcmi imkan verir ki, Avropa İttifaqı ölkələrinə TAP layihəsi vasitəsilə 20 milyard kubmetr qaz ixrac olunsun. Amma Azərbaycanın bunun üçün hasilatı artırmasına da ehtiyac var. Hasilatın artırılması isə əlavə investisiyalar tələb edir. Ona görə də Azərbaycanın çağırışları oldu bu enerji həftəsi çərçivəsində xarici investorlar daha aktiv şəkildə bu sahəyə yatırımlar etməsi üçün ki, Azərbaycanın qaz hasilatı artsın. Qaz hasilatının artımı xarici ölkələrə, o cümlədən Aİ ölkələrinə də qazın ixracatını da artırmağa imkan verir. Amma Azərbaycanın coğrafi mövqeyi digər ölkələrin qaz ehtiyatlarının da Azərbaycanın qurduğu infrastruktur vasitəsilə, yəni Cənub qaz dəhlizi və TAP, TANAP vasitəsilə Avropaya çatıdırılması mümkün idi. Burada əsas rolu Türkmənistan oynamalı idi. Amma Rusiyanın çox ciddi maneələri oldu və Transxəzər qaz kəməri çəkilmədi. Bunun əvəzinə Türkmənistan, Azərbaycan arasında maraqlı bir svop (swap-mübadilə) müqaviləsi imzalandı. Müqavilə çərçivəsində Azərbaycan İran üzərindən Türkmənistanın 2-2.5 milyard kub metr qazını ala bilər. Yəni Türkmənistan qazı İrana verəcək, eyni həcmdə isə İran Azərbaycana ötürəcək. Bunun da bir hissəsini Avropaya çatdırılması, xarici bazarlara çatdırılması mümkündür. Bundan başqa İraq qazının da qoşulması üçün infrastrukturun qurulması və tezliklə İraq qazının çatıdırlması mümkün ola bilər. Beləliklə də, Azərbaycanın tək öz qazı yox, ətraf ölkələrin qazı da Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırıla bilər. Amma bunun həcmi 20 milyard kub metr civarında olacaq. Çünki TAP layihəsinin buraxılış gücü bu qədərdi. Bu isə Aİ-nın tamam istehlakından az görsənsə də, Cənubi Avropa ölkələri var. O cümlədən Bolqarıstan, Rusiya qazından çox aslıdır. Onların aslılığını xeyli dərəcədə azaltmağa Azərbaycan qazı yetərlidir.

Amerikanın Səsi: Qərbin Rusiyanın neft ixracının məhdudlaşdırılmasına yönələn addımları dünya bazarında qiymətlərin dinamikasına necə təsir göstərəcək? Bu proseslər Azərbaycana nə vəd edir? Ölkə iqtisadiyyatına, Azərbaycan manatının məzənnəsinə necə təsir edəcək?

Nati Cəfərli: Artıq təsir edib. Çünki Rusiyanın Ukraynaya təcavüzü zatən sanksiya rejimi ilə paralel olaraq dünya enerji bazarına çox ciddi təsirlər göstərir. Bu gün neftin qiyməti artıq 115-120 dollar civarındadır ki, bu da son illərin ən yüksək qiymətidir. On il bundan öncəki qiymətlər səviyyəsinə qayıtdı. Kifayət qədər qiymətlərin artımına səbəb olur. Bu da dünyadakı inflayasiyanı sürətləndirir. Yəni Dünya ölkələrində, Avropada, ABŞ-da qiymət artımlarını da müşahidə edirik. Bu isə Dünya iqtisadiyyatını zəiflədən amillərdən biridir. Amma Azərbaycan kimi neft ixracatçılarına neftin qiymətinin nə qədər yüksək olarsa, bir o qədər xeyirdir. Azərbaycana gələn gəlirlər artır. İlkin versiyada 6.2-6.3 milyard dollar gəlir götürülməsi neftdən gözlənilirdisə ilin sonunda bu rəqəmin 11-12 milyard dollara yaxın olacağı gözlənilir. Bu da kifayət qədər ciddi artımdır. Azərbaycan manatına təsirləri də müsbətdir. Çünki obrazlı desək manat kağız neftdir. Neft nə qədər bahadırsa manata olan basqılar bir o qədər azalır. Ona görə də manatla bağlı hansısa bir gözləntilərin olması bu il şəxsən mən düşünmürəm ki, hansısa bir problemlər yaşatsın. Həm də onu nəzərə almaq lazımdır ki, Azərbaycanda manat bazar tərəfindən qiyməti müəyyənləşdirmir. İnzibati məzənnə rejimidir və hökümətin apardığı siyasətin məzənnədə əksini göstərir.

Amerikanın Səsi: Azərbaycan ölkənin artan neft gəlirlərindən necə istifadə etməlidir? Vəsaitlər hansı prioritet sahələrə yönəlməlidir?

Natiq Cəfərli: Bu Azərbaycanın üçüncü və sonuncu şansıdır ki, böyük neft gəlirləri əldə edəcək. Birinci şans bizdə 2008-ci ilə qədər oldu. Azərbaycana həmin ərəfədə böyük neft pulları gəldi. O zaman əsas hədəf infrastruktur layihələri idi. Yollar, körpülər, parklar, mərmər səkilər. Ona xərcləndi daha çox. İkinci bizim şansımız oldu 2011-2015-ci ilə qədər. O devalivasiyalara qədər. O vaxtlar da neftin qiyməti yüksək idi. Azərbaycan o şansı da qaçırdı. İstehsal sahələri yarada bilmədi. Bu sonuncu şansdır. Çünki 2030-cu ilə qədər neft və qaz qiymətlərinin yüksək olması gözlənilir. Bu Azərbaycana əlavə dividentlər gətirəcək. Əgər bu dönəmdə Azərbaycan çoxşaxəli real iqtisadi modelə keçə bilməsə, istehsal sahələri qura bilməsə , Azərbaycanda iqtisadi aktivlik artmasa və yenə də büdcə hesabına, neft pulları hesabına artım modeli tətbiq olunsa, 2030-cu ildən sonra Azərbaycanda çox ciddi təlatümlər və dalğalanmalar gözlənilir. Çünki dünyanın enerji xəritəsi , enerji mənzərəsi 2030-cu ildə xeyli dəyişəcək. Alternativ enerjiyə keçid, günəş enerjisinə keçid neftə və qaza olan tələbatı xeyli azaldacaq. Bu isə qiymətlərə təsir göstərəcək. Ona görə də bu şansdan doğru-düzgün istifadə etmək lazımdır. Hökümət anlamalıdır ki, bu sonuncu şansdır və bu şansı insan kapitalına , real iqtisadiyyata keçid üçün istifadə edilməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG