Accessibility links

Zahid Oruc: Siyasi məhbus məsələsində güzəştli yollar tapıla bilər


Siyasi məhbus siyahısı

"Azərbaycan siyasi məhbuslara azadlıq" İttifaqı iyunun 6-da siyasi məhbus hesab etdikləri insanların yeni siyahını dərc edib. Siyahıya 100 nəfər daxil edilib.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Amerikanın Səsinə problemin həllinin mümkün olduğunu bildirib.

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov "siyasi məhbus" siyahısının Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən müəyyən edilmiş meyarlar əsasında tərtib edildiyini bildirib.

21 fevral tarixli əvvəlki siyahı ilə müqayisədə siyasi məhbusların sayı 26 nəfər azalıb. Bu, prezident İlham Əliyevin 27 may tarixli sərəncamı ilə əfv olunmuş və cəza müddəti başa çatmış məhbusların azadlığa buraxılması nəticəsində baş verib.

Amma siyahıya yeni məhbusların - bloger Rəşad Ramazanov və "Müsəlman Birliyi" Hərəkatının üzvü Elşən Abbasovun adı daxil edilib.

Elşən Həsənov
Elşən Həsənov

Elşən Həsənov: Qanun vəzifəli şəxslərə qarşı deyil, vətəndaşlara qarşı tətbiq edilir

Elşən Həsənov: Qanun vəzifəli şəxslərə qarşı deyil, vətəndaşlara qarşı tətbiq edilir
please wait

No media source currently available

0:00 0:03:49 0:00

Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov Amerikanın Səsinə müsahibəsində bildirib ki, siyasi məhbuslar 6 qrupda təsnif edilib.

"Jurnalistlər və blogerlər" kateqoriyasında 4 nəfərin adı var: xeberman.com saytının rəhbəri Polad Aslanov, yukselis.info saytının rəhbəri Elçin Məmməd, bloger Aslan Qurbanov və Rəşad Ramazanov.

"Müxalif partiya və hərəkatların üzvləri" qrupunda 9 nəfər var: Vətəndaş və İnkişaf Partiyasının lideri Əli Əliyev, Xalq Cəbhəsi Partiyasının üzvləri Niyaməddin Əhmədov, Aqil Hümbətov, Pünhan Kərimli, Şahin Hacıyev, Mütəllim Orucov, Məlik Rzayev, Almaniyada fəaliyyət göstərən "Azad Azərbaycanı Seç" təşkilatının üzvü Cəfər Mirzəyev və Samir Aşurov.

Maraqlıdır ki, bu qrupdakı beş nəfər Almaniyadan deportasiya edildikdən sonra həbs edilən Pünhan Kərimli, Mütəllim Orucov, Məlik Rzayev, Cəfər Mirzəyev və Samir Aşurovdur.

Maraqlıdır ki, bu qrupdakı beş nəfər Almaniyadan deportasiya edildikdən sonra həbs edilən Pünhan Kərimli, Mütəllim Orucov, Məlik Rzayev, Cəfər Mirzəyev və Samir Aşurovdur.

"Dindarlar" qrupunda 19 nəfər var: İslam Partiyasının lideri Mövsüm Səmədov, onun bu vəzifədəki varisi İlham Əliyev, ilahiyyatçılar Abgül Süleymanov və Ceyhun Mustafayev. "Nardaran işi"nin əsas fiqurantları, o cümlədən "Müsəlman Birliyi" Hərəkatının lideri Tale Bağırzadə və onun müavini Abbas Hüseynov, habelə ilahiyyatçı Sərdar Babayev də bu qrupdadır.

"Tərtər işi" üzrə həbs edilənlər qrupunda əvvəlki kimi 27, "Gəncə işi" üzrə həbs edilənlər qrupunda da 27 nəfər var.

"Ömürlük məhbuslar" qrupunda əvvəlki kimi 14 nəfər var. Onlardan altısı 1995-ci il qiyamı ilə əlaqədar həbs edilmiş xüsusi təyinatlı polis dəstəsinin keçmiş zabitləri, üçü 1992-1993-cü illərdə Qarabağda döyüşmüş "Qaranquş" dəstəsinin üzvləri və beşi keçmiş baş nazir Sürət Hüseynovun işi üzrə həbs edilənlərdir," Həsənov qeyd edib.

Onun fikrincə, siyasi məhbus probleminin yaranmasının əsas səbəbi polisə verilən üstün səlahiyyətlər, qanunun vəzifəli şəxlrərə qarşı deyil, vətəndaşlara qarşı işləməsi və siyasi sifarişlə işləyən, azad olmayan məhkəmələrdir.

Zahid Oruc
Zahid Oruc

Zahid Oryuc: Siyasiləşdirilmiş məhbuslar ətrafındakı məsələyə nöqtə qoyula bilər

Zahid Oruc: Siyasi məhbus məsələsində güzəştli yollar tapıla bilər
please wait

No media source currently available

0:00 0:06:02 0:00

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Amerikanın Səsinə müsahibəsində deyib ki, siyasi məhbus hesab edilən şəxslərlə bağlı məsələ uzun müddətdir yol gələn bir mövzudur.

"Yəni, Avropa Şurasına üzvlükdən sonrakı dönəmlərdə məhbusların hansı kriteriya üzrə siyasiləşdirilməsi və az qala rəsmi qurumlarla bərabər status əldə etmiş, prokurorluq və məhkəmə sisteminin altrenativi kimi çıxış etməyə cəhd göstərən, əksər hallarda hakimiyyətə qarşı mübarizədən qaynaqlanan qurumların siyahısı əsasında formalaşan bu məsələ həm Azərbaycanın daxilində, həm də beynəlxalq institutlarla münasibətlərdə ikili standartlardan biri olub. Baxmayaraq hakimiyyətə fərqli pis münasibətləri olan təşkilatların bir-birindən fərqli siyahıları mövcuddur. Birində 110, digərində 120, başqasında hətta 130-140-a çatan siyahılardan bəhs edirlər," o qeyd edib.

Bizim yanaşmamız ondan ibarətdir ki, Azərbaycvan əleyhinə olan qüvvələr də mövqelərini göz önünə gətirərək, bütün partiyalarla, bütün təşkilatlarla istisnasız olaraq, eyni zamanda üçüncü sektorun təmsilçiləri ilə və adını sadaladığım beynəlxalq qurumlarla birgə bu mövzunun çözülməsi və ona son verilməsi imkanı var.

Komitə sədri hesab edir ki, siaysi məhbus məsələsində xarici təşkilatlar həmişə Azərbaycana qarşı təzyiqin genişləndirilməsində xüsusi məqsədlər güdüb.

"Yəni, Azərbaycanda milyonlarla insanın haqqı, hüququ qorunsun, dövlət insanların sosial, iqtisadi, siyasi, media, ifadə azadlığı və sair hüquqları ilə bağlı tələbləri yerinə yetirsin, bunlar heç vaxt həmin hesabatlarda yer almaz. Amma 100 nəfərə görə, Azərbaycanın adı dünyanın ən amansız və sərt repressiv hakimiyyətləri ilə eyni sıralansın deyə, bundan gen-bol bəhrələniblər. Yəni təəssüf olsun ki, insan haqları mövzusu kənar qüvvələrin öz siyasi məqsədlərini həyata keçirmək üçün ən mühüm alətlərdən birinə çevrilib," o bildirib.

Bununla yanaşı, komitə sədri Azərbaycanın hüquq mühafizə sistemində problemlərin olduğunu da etiraf edib.

"Dövlət orqanları da bu məsələlər ətrafında konsensus tapmaq üçün müxtəlif dövrlərdə bu və ya digər güzəştedici addımlar atır."

O, parlamentin insan haqları komitəsinin təmsilçisi kimi deyib ki, Amnesty İnernational, Human Rigts Watch, Artikl 19, Sərhədsiz Reportyorlar və digər təşkilatlarla birgə Azərbaycanın rəsmi orqanları, maraqlı səfirliklərin nümayəndələrinin iştirakı ilə bu məsələ ətrafında bir konsensusun tapılmasına tərəfdardır.

"Təkcə kriteriya məsələsində yox, real cinayət törətmiş şəxs real bir partiyanın üzvüdürsə, tutaq ki, o hakim partiyanı təmsil edirsə onun həbsi tələb edilir, əgər o hakimiyyət əleyhinə bir mövqe tutandırsa, lakin gerçək cinayət törədibsə ona qarşı belə yanaşma olmur," Zahid Oruc deyib.

Komitə sədrinin bildirdiyinə görə, "vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra ölkənin güclü adı, obrazı, beynəlxalq aləmdəki nüfuzu ilə hər hansı uzlaşma təşkil etmədiyinə görə bu məsələ ətrafında ortaq məxrəclərin tapılması üçün daxili və beynəlxalq dialoqlara çox ciddi ehtiyac var".

"Yəni, siyasiləşdirilmiş məhbuslar ətrafındakı məsələyə nöqtə qoyula bilər...Bizim yanaşmamız ondan ibarətdir ki, Azərbaycan əleyhinə olan qüvvələr də mövqelərini göz önünə gətirərək, bütün partiyalarla, bütün təşkilatlarla istisnasız olaraq, eyni zamanda üçüncü sektorun təmsilçiləri ilə və adını sadaladığım beynəlxalq qurumlarla birgə bu mövzunun çözülməsi və ona son verilməsi imkanı var. Bu mərhələni belə xarakterizə edə bilərik," Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Amerikanın Səsinə deyib.

Öz növbəsində, rəsmi hakimiyyət ölkədə insanların qanun qarşısında bərabər olduğunu siyasi məqsədlərlə, əqidəsinə görə təqib edilmədiyini bildirir. Ölkə rəhbərləri yerli və beynəlxalq təşkilatların siyasi məhbus məsələsi ilə bağlı hesabatlarını bir qayda olaraq qəbul etmir və qərəzli sayır.

Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Bu qurumda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyətdədir.

XS
SM
MD
LG