Accessibility links

Novella Cəfəroğlu: Qadınların vəzifələrdə təmsilçiliyi üçün kvota olmalıdır



Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu Amerikanın Səsinə müsahibəsində qadınların siyasətdə təmsilçiliyinin artırılması, hökumət strukturlarında qadınlara kvota verilməsindən danışıb.

Novella Cəfəroğlu: Qadınların vəzifələrdə təmsilçiliyi üçün kvota olmalıdır
please wait

No media source currently available

0:00 0:04:14 0:00

Amerikanın Səsi: Müşahidələr göstərir ki, qadınların siyasətdə təmsilçiliyi aşağıdır. Sizcə bunun səbəbi nədir? Nələr edilməlidir ki, qadınlar siyasətdə fəal olsunlar?

Novella Cəfəroğlu: Tək Azərbaycanda deyil, bütün dünyada qadın mitinqə çıxsa qadını döyə bilərlər. Bizə gəldikdə isə mentalitet baxımından heç kəs istəmir ki, onun xanımını, anasını, bacısını döyülən, söyülən yerdə televiziyada göstərsinlər. İkinci tərəfdən isə əgər qadın siyasətə gedirsə hər şeyi gözə almalıdır. Əgər siyasətçi olmaq istəyirsənsə sən bilirsən ki, sənə qarşı hər zaman təhdid də ola bilər, nəlayiq sözlər də deyə bilərlər. Bu tək Azərbaycanda deyil, bütün dünyada olan məsələdir. Ona görə də hər şeyi gözə alıb siyasətə getməlisən. Qadınların siyasətdə təmsilçiliyi üçün təhsilin rolu da vacibdir. Məsələn, biz qadınlara özünü televiziyada necə təqdim etməsi, necə müsahibə verməsi ilə bağlı treyninqlər keçmişik. Demək istəyirəm ki, bu məqamlarda qadınların təhsili artırılmalıdır.

Amerikanın Səsi: Qadınların ölkədə seçkilərdə iştirakı ilə bağlı nə deyə bilərsiniz? Məsələn, Azərbaycan parlamentində, bələdiyyələrdə qadınların təmsilçiliyi ölkədəki qadınların sayına prioritetdirmi?

Novella Cəfəroğlu: Biz həmişə demişik ki, kvota olmalıdır. Kvota olmalıdır vəzifələrdə, kvota olmalıdır bələdiyyələrdə. Məsələn, mən İsveçdə, Finlandiyada olmuşam. Hər yerdə kvota var idi qadınlar üçün. Biz də həmin kvotanı qoysaq bir on ilə mən sizə dəqiq deyirəm ki, vəzifələrdə qadınların sayı kişilərin sayından ikiqat çox olacaq. Çünki qadınların parlamentdə çoxluğu olsa, bununla bağlı təbliğat etsələr, qadınlara daha çox səs verərlər.

Amerikanın Səsi: Bir sıra ölkələrdə qadınların hökumət strukturlarında vəzifələrdə təmsilçiliyi ilə bağlı kvotalar müəyyən edilib. Azərbaycanda da qadınların hökumətdə vəzifələrə irəli çəkilməsi üçün bu üsuldan istifadə edilə bilərmi?

Novella Cəfəroğlu: Bilirsiniz, əslində bunu cəmiyyət ortalığa atmalıdır. Təkcə partiyalar deməməlidir. Nə qədər ki, qadınlar siyasətdə, vəzifədə olacaq Azərbaycan bir o qədər çiçəklənəcək.

XS
SM
MD
LG