Accessibility links

Zelenski: Rusiyanın mühasirəsi milyonlarla insanın aclıqla üzləşməsinə səbəb ola bilər


Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanı Ukrayna limanlarını mühasirəyə alaraq, buğda, qarğıdalı, bitki yağı və digər ərzaq məhsullarının ixracının qarşısını almaqla "dünyanı aclıqla şantaj etməkdə" ittiham edib.

Cümə axşamı yayımlanan "Time" jurnalının qalasına videoyazılı müraciətdə Zelenski Rusiyanın hərəkətlərinin dünyanı "dəhşətli ərzaq böhranı astanasında" qoyduğunu deyib.

"Rusiyanın Qara dənizin blokadası davam edərsə, milyonlarla insan aclıqdan ölə bilər" - deyə, Zelenski bildirib.

Rusiya ixracın azalmasını beynəlxalq sanksiyalar və Qara dənizdəki Ukrayna mədənləri ilə əlaqələndirib.

Şiddətli döyüşlər cümə axşamı şərqdəki Severodonetsk şəhərində davam edib, Ukrayna rəsmiləri geniş əraziləri ələ keçirmiş Rusiya qüvvələrini geri qaytarmaq üçün uzaqmənzilli artilleriyaya ehtiyac duyduqlarını bildirib.

Zelenski bildirib ki, Severodonetsk şəhəri uğrunda döyüşlər Donbasın taleyi üçün həlledici ola bilər. Rusiya qüvvələri artilleriya gücünü strateji əhəmiyyətli sənaye mərkəzinə cəmləyərək ukraynalı müdafiəçiləri şəhərin kənarına çəkilməyə məcbur edib.

XS
SM
MD
LG