Accessibility links

LGBTQ+ fəalları: “Qanunverici orqanlarda təmsil olunan şəxslərin nifrət nitqi yaydığının şahidi oluruq”


LGBTQ+ fəalları: “Qanunverici orqanlarda təmsil olunan şəxslərin nifrət nitqi yaydığının şahidi oluruq”
please wait

No media source currently available

0:00 0:03:12 0:00

LGBTQ+ fəalları: “Qanunverici orqanlarda təmsil olunan şəxslərin nifrət nitqi yaydığının şahidi oluruq”

İyunun 9-da LGBTQ+ fəalları mətbuat konfransı keçirərək Qürur Ayında öz problemlərinə diqqət çəkməyə çalışıblar. Fəallar Əli Məlikov, Cavid Nəbiyev və Rəbiyyə Məmmədova həm dövlət, həm də cəmiyyət tərəfindən üzləşdikləri ayrıseçkiliyə toxunublar.

LGBTQ+ fəalı Cavid Nəbiyev qeyd edib ki, hər il iyun ayında dünyada LGBTQ+ icmaları qərəz və ayrıseçkiliklə mübarizə aparmaq, etiraz səsini qaldırmaq üçün bir araya gəlir: “Qürur ayınının önəmi təkcə özünəsevgi və öz kimliyinlə qürur duymağın vacibliyini təşviq etməsi deyil, həm də LGBTQ+lərin üzləşdiyi məsələlərə diqqət çəkmək, qarşılaşdıqları ayrıseçkiliyə etiraz etmək, cəmiyyət və dövlətə olan tələblərimizi irəli sürmək üçün bir fürsət yaratmasıdır.”

İctimai fəal Rəbiyyə Məmmədovanın sözlərinə görə, Azərbaycanda nifrət nitqi hökm sürür, lakin nifrət nitqi əleyhinə heç bir dövlət qurumunun faəliyyətini görməyiblər.
“Nəinki fəaliyyətini görməmişik, ayrı qanunverici orqanlarda təmsil olunan şəxslərin özlərinin nifrət nitqi yaydığının şahidi oluruq. Mən bir neçə millət vəkilinin adını çəkmək istəyirəm ki, son dönəmdə, xüsusilə bu ay aktivləşiblər, onların verdiyi açıqlamalar bizim tərəfimizdən neqativ qarşılanır. Onlar cəmiyyətə mesaj ötürmək, qanunları daha da “gender friendly” etmək əvəzinə, cəmiyyətə nifrət, ayrıseçkilik hökm sürəcəyi və yaradacağı mesajlar veriblər”, deyə fəal bildirib.

Əli Məlikov LGBTQ+lərin əmək hüquqlarının birbaşa dövlət tərəfindən pozulduğunu qeyd edib: “Nazirlər Kabinetinin 19 fevral 2019-cu ildə pedaqoji fəaliyyəti əngəlləyən xəstəliklər siyahısına sek-sual seçim pozuntusu yazılıb. Hazırkı şəraitdə kifayət qədər iş imkanı tapmayan LGBTQ+lər bu bənddən istifadə olunaraq öz işlərindən də xaric oluna bilirlər. Buna bənzər qayda hərbi komissarlıqda da istifadə olunur. Hərbi komissarlıqda queerlər adətən hərbi ekspertiza haqqında əsasnamədəki xəstəliklər siyahısında şəxsiyyət pozğuntusu olan şəxs kimi qeydə alınırlar.”

Beynəlxalq Lezbiyan, Gey, Biseksual, Trans və İnterseks Assosasiyasının (ILGA) məlumatına görə Azərbaycan Avropa Şurasına üzv ölkələr arasında LGBTQ+lərin həyat şəraiti və hüquqlarının ən pis vəziyyətdə olduğu ölkərdəndir. Belə ki, Azərbaycan 49 Avropa ölkəsinin sıralandığı siyahıda 49-cu yerdə qərarlaşıb.

Azərbaycan hakimiyyəti isə tənqidləri qəbul etmir və insanların qanun qarşısında bərabər olduğunu, əqidəsinə, cinsi oriyentasiyasına görə təqibə məruz qalmadığını bildirir.

Azərbaycan 2000-ci ildə Avropa Şurasına üzv olmaq ərafəsində Sovet dövründən qalma homoseksuallıq haqqında qanunu dekriminallaşdırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG