Accessibility links

ABŞ Konqresi komitəsi 2021-ci ildə Kapitoliyə edilən hücumla bağlı araşdırmanın nəticələrini ictimailəşdirir


2021-ci ilin yanvarın 6-da ABŞ Kapitoli binasına edilən hücumu araşdıran Konqres komitəsi ilk ictimai dinləmələrini keçirib. İyunun 9-da axşam saatlarında keçirilən dinləmələrin iştirakçıları, onların sözlərinə görə, presedentsiz çevriliş cəhdinə təhrik etdiyi üçün sabiq prezident Donald Trampı suçlayıblar.

Televiziya ilə yayımlanan iki saatlıq dinləmələr bu ay üçün planlaşdırılmış yeddi dinləmənin birincisi idi. Bu dinləmələr 2020-ci il seçkiləri nəticəsində Trampın cari prezident Co Baydenə məğlub olduqdan sonra Tramp dəstəkçilərinin hücumunun geniş araşdırılmasından sonra keçirilir.

Komitənin gəldiyi nəticələrin əsas məqamları son aylar mətbuata sızsa da, komitənin sədri Benni Tompsonun sözlərinə görə, komitə üzvləri bu dinləmələr vasitəsilə hücuma gətirib çıxaran hadisələrin doğru təsvirini təqdim etmək istəyirlər.

Tompsonun sözlərinə görə, Kapitoliyə hücum “çevriliş cəhdinin kulminasiya nöqtəsi idi.” Komitə sədri zorakılığın “seçkiləri ləğv etməyə yönəlmiş geniş, çoxmərhələli konspirasiyanın” nəticəsində baş verdiyini və planın mərkəzində Trampın dayandığını deyib.

“Bir sözlə, ABŞ prezidenti Donald Tramp konstitusiyanın daxili düşmənlərindən ibarət dəstəni Kapitoliyə doğru yürüş etməyə və Amerika demokratiyasını məğlub etməyə sövq edib,” Tompson bildirib

6 yanvar hücumu həmin günün ilk yarısında Ağ Evin yaxınlığında keçirilən yürüş zamanı Trampın nitqindən sonra baş verib. Həmin nitq zamanı sabiq prezident minlərlə dəstəkçisini Kapitoliyə yürüşü etməyə və “cəhənnəm kimi döyüşməyə” çağırıb.

Həmin zaman Konqres üzvləri Kapitoli binasında ABŞ prezident seçkilərində Baydenin Tramp üzrənində qələbəsinin sertifikatlaşdırma prosesini həyata keçirirdilər. Bu proses zamanı 2000-dən çox Tramp tərəfdarının binaya daxil olması sertifikatlaşdırmanın yarımçıq dayandırılması ilə nəticələnib.

ABŞ-ın sabiq vitse-prezidenti Mayk Pensin sədrlik etdiyi həmin prosesin iştirakçıları – Konqres üzvləri təhlükəsiz məkana təxliyə ediliblər və yalnız axşam saatları sertifikatlaşdırmanı tamamlamaq üçün geri qayıda biliblər.

Hücum nəticəsində bir polis daxil omaqla yeddi nəfər həlak olub. Hər iki partiyanın hazırladığı Senat hesabatına əsasən, Kapitoliyə hücum günü 150-dən çox polis əməkdaşı xəsarət alıb.

6 yanvar hücumu ABŞ tarixi üçün presedentsiz idi. Tompsonun sözlərinə görə, Tramp tərəfindən təşviq edilən üsyançılar “hakimiyyətin dinc yolla ötürülməsinin 220 illik ənənəsini” dayandırmağa cəhd ediblər.

Trampın nitqi və sonrakı zorakılıq onun prezidentlik müddətinin bitməsinə bir neçə gün qaldığı vaxt ikinci impiçmentinə gətirib çıxardı. Beləliklə, Tramp ABŞ tarixində iki dəfə impiç edilən yeganə prezident oldu.

Respublikaçı senatorların əksəriyyəti ona qarşı irəli sürülən ittihamların əleyhinə səs verdiyindən, Tramp vəzifəsindən uzaqlaşdırılmadı.

6 yanvar komitəsinin vitse-sədri, Konqresin respublikaçı nümayəndəsi Liz Çeyni deyib ki, Tramp seçkilərdə məğlub olması ilə bağlı müşavirlərinin dediklərinə rəğmən seçkilərin nəticələrini ləğv etməyə çalışıb.

Dinləmələr zamanı bir-birinin ardınca göstərilən video kliplərdə Trampın sabiq müşavirlərinin bir neçəsinin sabiq prezidentin seçki saxtakarlığı ilə bağlı ittihamlarına inanmadıqları dedikləri nümayiş etdirilib.

Konqres dinləmələrində sabiq prezident Donald Trampın qızı İvankanın ifadəsi nümayiş etdirilir.
Konqres dinləmələrində sabiq prezident Donald Trampın qızı İvankanın ifadəsi nümayiş etdirilir.

Həmin videolarda sabiq baş prokuror Bill Barr seçkilərdən sonra Trampa onun ittihamlarının "cəfəngiyyat" olduğunu dediyini xatırladığını, Trampın qızı İvanka isə Barrın qiymətləndirməsini qəbul etdiyini deyib.

Buna baxmayaraq, Tramp Ədliyyə Nazirliyinin seçkilərin saxtalaşdırıldığını bəyan etməsinə çalışıb. O hətta “seçkilərin nəticəsilərinə təsir edən narahatlıqların müəyən edilməsi üçün” ştatlara məktubla müraciət edən rəsmi şəxs də təyin edib.

Çeyninin sözlərinə görə, üsyançılar Kapitoliyə istiqamət götürəndə Tramp zorakılığı qınamaq əvəzinə, onu “əsaslandırıb.”

“Prezident Tramp kütləni çağırıb, onu bir araya toplayıb və hücumun alovunu yandırıb,” Çeyni bildirib.

Tramp administrasiyası rəsmisindən sitat gətirən Çeyni deyib ki, Tramp yanvarın 6-sı tərəfdarlarının Kapitolinin çölündə Mayk Pensin asılıması ilə bağlı çağırış etdikləri haqda məlumatlandırılanda, sabiq prezident deyib: “Bəlkə də dəstəkçilər doğru fikirdədirlər. Mayk Pens buna layiqdir.”

Komitənin dinləmələr cədvəlinə nəzər salan Çeyni bildirib ki, növbəti sessiya bazar ertəsinə təyin edilib. Həmin dinləmələrdə Trampın məğlub olduğunu bilməsinə baxmayaraq, şeçki saxtakarlığını iddia etməsinə diqqət ayrılacaq.

Doqquz üzvdən ibarət komitə yeddi demokrat və iki respublikaçıdan ibarətdir. Bu komitə Nümayəndələr Palatası Nensi Pelosi tərəfindən, Senat respublikaçıların Kapitoli hücumu ilə bağlı iki partiyalı, müstəqil komissiyanın yaradılmasının qarşısı alınandan sonra 2021-ci ilin ayında yaradılıb.

Komitənin üzvləri və əməkdaşları 1000-dən şahidlə danışıb, 140 mindən çox çox sənədi nəzərdən keçirib və 100-ə yaxın and altında ifadə üçün çağırış göndərib.

Donald Trampın oğlu, qızı və kürəkəni daxil olmaqla Trampın yaxın ətrafının böyük hissəsi komitə qarşısında çıxış edib.

Suallara cavab verməkdən imtina edənlər də olub. Onlardan ən azı ikisi - Trampın sabiq ticarət müşavidi Peter Navarro və Ağ Evin sabiq strategi Stiv Bannon, tədqiqatçılarla əməkdaşlıqdan imtina etdikləri üçün sayğısızlıq ittihamı ilə üzləşiblər.

Respublikaçılar dəfələrlə komitənin araşdırmasını tənqid edib və 2024-cü ildə Trampın prezidentliyə namizəd kimi hədəfə alındığını bildiriblər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG