Accessibility links

Türkiyənin media qrupları "Dezinformasiya" qanun layihəsindən narahatdır


Dezinformasiyanın yayılmasına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsi Türkiyə parlamentində səsverməyə qoyulacaq. Qanun layihəsi bütün ölkədə media hüquqları qrupları tərəfindən dərin narahatlıqla qarşılanır.

Qəbul olunarsa, çoxluqda olan parlamentarilər tərəfindən irəli sürülən qondarma "dezinformasiya" qanunu hökumət rəsmiləri tərəfindən müəyyən edilmiş saxta və ya dezinformasiyanın yayılmasına görə üç ilə qədər həbs cəzasını nəzərdə tutur.

Yeni hazırlanmış təkliflər sosial media istifadəçilərini hədəf alan və rəqəmsal medianı tənzimləyənlər də daxil olmaqla, 40 məqalə üzrə tərtib edilmişdir. Qanun layihəsi qəbul olunarsa, rəqəmsal media vasitələrini adi media kimi nəzərdən keçirəcək və onları çap və yayım vasitələri ilə eyni hüquq və qaydalara, o cümlədən mətbuat kartları üçün müraciət etmək hüququna və dövlət reklam gəlirlərinə çıxışla bağlı müddəalara tabe edəcək.

Təklif olunan qanuna skeptik yanaşanlar deyir ki, qanun layihəsindən Türkiyədə keçiriləcək seçkilərdən əvvəl rəqəmsal mediaya təzyiq göstərmək üçün istifadə oluna bilər.

Növbəti prezident və parlament seçkiləri 2023-cü ilin iyun ayına təyin edilib, lakin müxalifət partiyaları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rədd etdiyi növbədənkənar seçkilərin keçirilməsini tələb edir.

Bununla belə, təklifi imzalayanlar deyirlər ki, qanun layihəsi insanları “böhtan, təhqir, qaralama, nifrət və ayrı-seçkilikdən” qorumaq üçün lazımdır. Onlar, həmçinin dezinformasiya ilə bağlı bu kimim qaydaların ABŞ və Avropa ölkələri də daxil olmaqla, Qərb ölkələri tərəfindən tətbiq edildiyini iddia edir.

Türkiyə onsuz da media hüquqları üzrə zəif göstəriciyə malikdir və Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) Dünya Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 149-cu yerdədir.

Parisdə yerləşən RSF-nin hesabatında Türkiyə “tənqidçiləri sarsıtmaq üçün bütün mümkün vasitələrdən istifadə edən” ölkə kimi təsvir edilir.

Bəzi müşahidəçilər qanun layihəsinin bəzi hissələrini Türkiyədə mətbuat azadlığı üçün düzgün istiqamətdə atılan addım adlandırırlar, məsələn, rəqəmsal müxbirlərə mətbuat kartları üçün müraciət etmək hüququ verilməsi Türkiyədə mübahisəli məsələdir.

RSF və ABŞ-da yerləşən Jurnalistləri Müdafiə Komitəsi bildirir ki, Türkiyə hökuməti 2018-ci ildən prezidentin kommunikasiyalar idarəsi tərəfindən idarə olunan mətbuat kartının verilməsi prosesini siyasiləşdirib və müstəqil jurnalistlərə qarşı ayrı-seçkiliyə yol verir.

Media hüquqları üzrə analitiklərin narahatlıqlarına səbəb olan digər bölmə isə ictimai asayişi pozan və “qorxu və çaxnaşma yaradan” “ictimaiyyəti çaşdıran məlumat yayan” şəxslərə üç ilə qədər həbs cəzası nəzərdə tutan 29-cu maddədir. Təklif olunan maddədə ictimai asayiş və səhiyyə məsələləri ilə yanaşı, Türkiyənin xarici və daxili təhlükəsizliyinə aid dil də yer alır.
Qanun layihəsində, həmçinin dezinformasiya yaydığı hesab edilən sosial media şirkətləri və fərdi istifadəçilər üçün məhdudiyyətlər və cəzalar tövsiyə olunur, anonim şəkildə bunu edənlər üçün cəzalar genişləndirilir.

34-cü maddəyə əsasən, sosial media şirkətləri Türkiyə vətəndaşı olan və ölkədə yaşayan nümayəndələri təyin etməlidir. Nümayəndələrdən məzmunun silinməsi ilə bağlı qanuni tələblərə əməl etmələri və istifadəçilər haqqında şəxsi məlumatları ötürmələri tələb olunacaq. Əks təqdirdə bu, "beynəlxalq şirkətlər üçün qadağalar, cərimələr və hətta həbs cəzaları" ilə nəticələnə bilər.

22-ci maddə dövlət reklam gəlirlərinə çıxışı, o cümlədən Mətbuat Reklamı Agentliyinin cərimələr vermək və müraciətlər prosesinə nəzarət etmək səlahiyyətlərini əhatə edir. Tənqidçilər bildirirlər ki, 22-ci maddədə apellyasiya prosesindən asılı olmayaraq, mühakimə olmadan reklam cəzalarının verilməsinə imkan verən təklif müxalifət qəzetləri üçün xüsusilə təhdiddir.

İyunun 2-də parlamentin rəqəmsal media komissiyasından kiçik dəyişikliklərlə keçən qanun layihəsi hazırda ədliyyə komissiyası tərəfindən araşdırılır. Qanun layihəsinin bu ayın sonunda səsverməyə çıxarılacağı gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG