Accessibility links

ABŞ-a səyahət edənlərdən COVID-19 testi sertifikatı tələbi ləğv edilib


İyunun 12-dən etibarən ABŞ-a hava yolu ilə səyahət edən sərnişinlərdən COVID-19 test nəticələri və ya COVID-19 xəstəliyindən sağalma barədə sertifikat tələb olunmayacaq.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Məlumata görə, bu tələbə ABŞ-ın Xəstəliklərə Nəzarət və Xəstəliklərin Qarşısının Alınması Mərkəzlərinin (CDC) verdiyi qərara əsasən xitam verilib.

“COVID-19 pandemiyası yüksək effektiv COVID-19 peyvəndlərinin geniş şəkildə mənimsənilməsi, effektiv terapevtik vasitələrin mövcudluğu və əhali səviyyəsində peyvənd və infeksiya ilə bağlı immunitetin yüksək nisbətlərinin toplanması səbəbindən ABŞ indi yeni mərhələyə keçib. Bu tədbirlərin hər biri Birləşmiş Ştatlarda ağır xəstəlik və ölüm riskini azaltmağa kömək edib. Nəticədə, pandemiyanın ilkin mərhələsində ehtiyac duyulan bu tələb geri götürülə bilər,” məlumatda qeyd edilir.

Bununla yanaşı, CDC tövsiyə edir ki, ABŞ-a səyahət edənlər mümkün qədər uçuş vaxtına yaxın günlərdə (3 gündən gec olmamaqla) virus testi ilə cari infeksiyaya görə yoxlansınlar və xəstə olduqları halda səyahət etməsinlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Şimali Koreya Yaponiya üzərindən ballistik raket atıb
please wait

No media source currently available

0:00 0:10:17 0:00
XS
SM
MD
LG