Accessibility links

Rusiya Xarici İşlər Naziri Bakıya səfər edəcək


Rusiya Xarici İşlər Naziri Sergey Lavrov iyunun 23-24-də Bakıda səfərdə olacaq. Bu barədə iyunun 15-də Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Lavrov Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramovla görüşəcək və fevralın 22-də imzalanmış Rusiya ilə Azərbaycan arasında müttəfiqlik münasibətləri haqqında müqavilənin müddəalarının həyata keçirilməsi məsələlərini müzakirə edəcək.

Həmçinin 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların həyata keçirilməsinə və regional məsələlərə toxunulacaq.

Xatırladaq ki, iyunun 9-da Lavrov Yerevanda olub. Səfər zamanı üçtərəfli razılaşmaların həyata keçirilməsi məsələləri müzakirə olunub. Danışıqlarda irəliləyişə dair bəyanatlara baxmayaraq, Bakı və Yerevan sülh müqaviləsinin bağlanması və sərhədlərin demarkasiyası prosesinə başlanması işində ciddi fikir ayrılıqlarının olduğunu bildirirlər.

XS
SM
MD
LG