Accessibility links

ABŞ Rusiya ultramillətçi qrupunun iki üzvünə sanksiya tətbiq edib


ABŞ Çərşənbə günü Rusiya İmperator Hərəkatı və ya RİM adlı "etnik motivli zorakı ekstremist qrup"un iki dəstəkçisinə sanksiya tətbiq edib.

Onlardan biri ifrat sağçı və ağ millətçi qruplarla əlaqə yaratmaq üçün ABŞ-a səfər edib. ABŞ Maliyyə Nazirliyi bu iki şəxsin 2017-ci ildə "ekstremist" qruplarla əlaqə axtarmaq üçün Birləşmiş Ştatlara səfər edən RİM-in Avropadakı nümayəndəsi Stanislav Şevçuk və RİM-in Rusiyada yerləşən tərəfdarı Aleksandr Juçkovski olduğunu bildirib.

Nazirliyin bildirdiyinə görə, 2014-cü ildən bəri Juçkovski Ukraynanın Donbas bölgəsində RİM və digər rusiyayönlü döyüşçülər üçün silah və hərbi texnika almaq üçün 3,4 milyon dollardan çox vəsait toplayıb və RİM döyüşçülərinin bölgəyə gediş-gəlişini asanlaşdırıb.

Rusiya Ukraynanı fevral ayında işğal etdikdən sonra Juçkovski sosial media hesablarından və onlayn ödəmə üsullarından istifadə edərək, Donbasda döyüşən rus qırıcıları üçün hərbi texnika və ləvazimat almaqda davam edir.

"Rusiya İmperator Hərəkatı ekstremist baxışları təşviq edən və demokratik prosesləri alt-üst edən zorakı qrupların qlobal şəbəkəsini qurmaq niyyəti ilə beynəlxalq maliyyə sistemindən istifadə edərək vəsait toplamağa və köçürməyə çalışıb", Maliyyə Nazirliyinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Brayan Nelsonun bəyanatında deyilir.

Nazirlik İsveçdə 2017-ci ildə törətdiyi hücumlara görə həbs cəzasını çəkdikdən sonra belə terrorçu Anton Tulin-in terror təhdidi olmaqdaa davam etdiyini göstərdiyinə görə, ona qarşı da sanksiyalar tətbiq etdiyini bəyan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. MAQATE Zaporojye AES-də nüvə təhlükəsi olmadığını bildirir
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG