Accessibility links

Azərbaycan rəssamlarının qrup sərgisi keçirilib


Azərbaycan rəssamlarının qrup sərgisi keçirilib
please wait

No media source currently available

0:00 0:02:38 0:00

Azərbaycan rəssamlarının "Art Tower" rəsm qalereyasında qrup sərgisi açılıb.

"Arts Council Azerbaijan" təşkilatının təşəbbüsü ilə keçirilən bu sərgidə yaş həddi yoxdur və mövzu rəssamların öhdəsinə buraxılıb.

Sərgidə 20 rəssamın müxtəlif mövzulu 30-dək rəsm əsəri nümayiş etdirilir.

Sərginin təşkilatçısı Dadaş Məmmədov deyir ki, məqsəd müxtəlif yaş qruplarından olan rəssamları bir məkanda toplamaqdır:

"Bu kimi sərgilər pandemiyadan öncə hər 2-3 aydan bir təkrar olunurdu. Təəssüf ki, hamımız böyük bir pauza verməli olduq, amma yenidən biz başlamaq niyyətindəyik. Məqsəd odur ki, hər bir yaradıcı insan sərgidə iştirak etsin, rəsmlərini nümayiş etdirsin və bir araya gələrək belə bir abu-hava yaradaq".

Təşkilatçı bildirib ki, əvvəllər olduğu kimi bu tipli sərgilərin mütəmadi olaraq təşkil edilməsi planlaşdırılır.

Sərgilənən əsərlərin seçimi komissiya tərəfindən həyata keçirilib. Elektron poçt vasitəsilə öz rəsmlərini göndərən rəssamların əsərləri arasından kolleksiya toplanıb.

Rəssamlıq Akademiyasında təhsil almış Sevinc Nuriyeva magistr təhsili zamanı çəkdiyi əsərlə sərgidə iştirak edib: "Düzü əsər Jose Royonun əsəridir, "İspan qızı".

Əsərdə məni özünə çəkən rənglərin ahəngi olmuşdu, o qədər gözəl şəkildə rənglər bir-birilə sanki iç-içə keçib ki, həqiqətən insanı özünə çağırır rəsm. Beləcə də, mən istədim ki, işləyim. Bir az uzaqdan çətin görünsə də, çünki rənglər dediyim kimi çoxdur, qarışıqdır. Ancaq çəkdiyim müddətdə çox zövq aldım, çox istəyərək, sevərək çəkdim".

Sərgi bir həftə ziyarətçilər üçün açıq olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG