Accessibility links

Fransada azərbaycanlı hüquq müdafiəçisinə silahlı hücum olub


Vidadi İsgəndərli

İyunun 16-da axşam saatlarında Fransada mühacirətdə olan azərbaycanlı hüquq müdafiəçisi Vidadi İsgəndərli bu ölkənin Mulhouse şəhərində fiziki hücuma məruz qalıb. O, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini sərt tənqidləri ilə tanınıb.

“Fransada gecə saat 12-yə qalmış ofisimə daxil olarkən 15-20 nəfər şəxs mənə hücum etdi. Ofisin pəncərəsini sındırdılar. Səhv etmirəmsə, ərəb əsilli insanlar idi. Onların əllərində silah və bıçaq var idi. Mənə hücum etdilər. Kürəyimdən bıçaqla vurdular. Əllərim kəsilib,” İsgəndərli qeyd edib.

Onun Facebook vasitəsi ilə yayılan videosunda qan içində olduğu görünür. Üz nahiyyəsindən və əllərindən qan axır.

İsgəndərli polisə müraciət etdiyini bildirib.

“Mən hücum edənlərdən birini tanıyıram,” deyə o, hücumun arxasında Azərbaycan hakimiyyətinin durduğunu iddia edir.

Fransada mühacirətdə olan Azadlıq qəzetinin redaktoru Qənimət Zahid Amerikanın Səsinə bildirib ki, Fransa polisi baş verənlərlə bağlı cinayət işi qaldırıb, təhqiqat aparır.

“Hücum edənlər odlu silahdan da atəş açıb. Güllə İsgəndərlinin olduğu evin qapısına dəyib. Polis hadisə yerindən odlu silahın gilzini tapıb. İsgəndərli də özünü müdafiə edən zaman hücum edənlərdən bir neçəsini bıçaqla yaralayıb,” Zahid qeyd edib.

Rəsmi Bakı baş verənlərlə bağlı hələ münasibət bildirməyib.

Vidadi İsgəndərli 2011-ci ildə Bakıda saxlanılıb. Məhkəmə onu döymə, seçki hüquqlarının həyata keçirilməsinə mane olma və seçki komissiyalarının fəaliyyətinə müdaxilə ittihamı üzrə təqsirli bilərək 3,5 il azadlıqdan məhrum edib. 2012-ci ilin dekabrında Azərbaycan prezidentinin imzaladığı əfv sərəncamı ilə azadlığıa buraxılıb.

Hüquq müdafiəçisi hökmü qəbul etməyib və siyasi sifariş hesab edib.

İsgəndərli 2015-ci ildə Fransaya mühacirətə gedib.

Fransa polisi bir neçə gün öncə bu ölkədə mühacirətdə olan Azərbaycan hakimiyyətinin sərt tənqidçisi Məhəmməd Mirzəli adlı şəxsə sui-qəsd planlaşdırdığı iddia edilən iki nəfəri həbs edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Gürcüstanda hökumətin istefasını tələb edən yeni kütləvi mitinq keçirilib
please wait

No media source currently available

0:00 0:10:11 0:00
XS
SM
MD
LG