Accessibility links

Ümumdünya Qaçqınlar Günü bəzi ukraynalılar üçün evlərini tərk etdikləri gün kimi anılacaq


Rusiyanın Ukraynanı işğalından dörd ay sonra şərqdəki Baxmut şəhərindən olan 22 yaşlı ana Lilya mühasirəyə alınmış bölgəni tərk etmək vaxtının gəldiyinə qərar verib.

Ukraynanın Donetsk vilayətindəki Pokrovsk qatar stansiyasında qatarda oturan və bir yaşlı körpəsini əmizdirən, "Çox çətindir. İşıq, su, qaz, heç nə yoxdur" deyən Lilya yalnız adını çəkir . "Necə yaşayacağıq? Atışma. Çox qorxulu oldu. Getmək qərarına gəldik."

Rusiyanın Ukraynanın şərqində və cənubunda Donetsk və Luhansk vilayətlərindən ibarət olan daha geniş Donbas bölgəsini intensiv şəkildə atəşə məruz qoyması ilə Ümumdünya Qaçqınlar Günü onların evlərini tərk etdikləri gün olacaq.

Fevralın 24-də Rusiyanın işğalı başlayandan bəri Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, ukraynalıların üçdə birindən çoxu öz evlərini tərk etmək məcburiyyətində qalıb, 7 milyonu ölkə daxilində didərgin düşüb, 5 milyondan çoxu isə ölkədən qaçıb.

Rusiya qüvvələri paytaxt Kyivdən uzaqlaşaraq Donbasın tam nəzarətini ələ keçirməyə cəhd etdikdən sonra bəzi ukraynalı qaçqınlar evlərinə qayıtsa da, bu bölgədə getdikcə daha çox ailə qaçmaq qərarına gəlib.

Birləşmiş Millətlər Təşkilatı təxmin edir ki, 13 milyona yaxın ukraynalı təsirə məruz qalan ərazilərdə qapalı vəziyyətdə qalır və ya artan təhlükəsizlik riskləri, körpülərin və yolların dağıdılması, habelə resursların çatışmazlığı səbəbindən ölkəni tərk edə bilmir.

Luhansk qubernatoru Serhiy Haiday bazar günü deyib ki, döyüşlər Severodonetsk şəhərindən evakuasiyanı qeyri-mümkün edib və Rusiya mühasirəyə alınmış şəhərin cənub-şərqində yerləşən Metolkinenin nəzarətini ələ keçirib.

Baxmut yaxınlığındakı kiçik bir kənddən qaçmaq qərarına gələn 57 yaşlı Lyuba "İşıq, qaz, su yoxdur, daimi atəş var. Həyat son dərəcə çətindir, ona görə də getmək qərarına gəldik. Özümüzün, uşaqlarımızın və yaxınlarımızın həyatını xilas etmək üçün"- deyə, o bildirib.

Şiddətli döyüşlərin getdiyi qardaşlaşmış Severodonetsk və Lisiçansk şəhərlərindən təqribən 55 kilometr (34 mil) cənub-qərbdə yerləşən Baxmut şəhərinin sakinləri Rusiyanın davamlı atəşinə məruz qalır.

Böyük Britaniyada yerləşən RefugEase xeyriyyə təşkilatının Nebraska ştatından könüllü olan Mark Poppert Pokrovsk qatar stansiyasında insanları istiqamətləndirərkən, "buradakı missiyamız insanları cəbhə bölgələrindən daha təhlükəsiz ərazilərə köçürməkdir" deyib.

Kyiv Donbas uğrunda döyüşləri "Avropada ən amansız döyüşlərdən biri" adlandırıb.

Moskva öz hərəkətlərini Ukraynanı tərksilah etmək və onu faşistlərdən qorumaq üçün "xüsusi hərbi əməliyyat" adlandırır.

Ukrayna və onun Qərbdəki müttəfiqləri deyir ki, faşist iddiası əsassızdır və müharibə səbəbsiz təcavüz aktıdır.

XS
SM
MD
LG