Accessibility links

Suriyada itkin düşmüş jurnalistin ailəsi tədbirlər görülməsinə çağırır


Suriyada itkin düşmüş jurnalistin ailəsi tədbirlər görülməsinə çağırır
please wait

No media source currently available

0:00 0:03:13 0:00

Suriyada itkin düşmüş jurnalistin ailəsi tədbirlər görülməsinə çağırır

ABŞ jurnalist Ostin Tays 10 ildir Suriyada itkin düşüb. Texasdan olan ailəsi onu evə gətirmək üçün yorulmaq bilmir.

Debra Taysı son 10 ildə hər saniyə belə bir fikir rahat qoymayıb: oğlu Ostin. Mükafatlı müstəqil jurnalist və keçmiş ABŞ dəniz piyadası 2012-ci ilin avqustunda Suriyada yoxa çıxıb. Onun ailəsi və ABŞ rəsmiləri Taysın Suriyada saxlanıldığına inanır.

Suriya hökuməti bunun belə olub-olmadığını heç vaxt açıq şəkildə etiraf etməyib. Vaşinqton Texasın Hyuston şəhərindən olan bu ailə ilə indi yaxından tanışdır. Ana son üç ABŞ prezidentliyi dövründə Ostini evə gətirmək üçün mübarizə aparıb.

"Hər seçki qarışıqlıqdır və hər şey dəyişməlidir və biz yeni insanlarla tanış olmalıyıq. Bəlkə də onların spektrin harasında yer aldığını öyrənməliyik".

Vaşinqtondakı Milli Mətbuat Klubu bildirir ki, Tays reportajına görə xaricdə saxlanılan yeganə amerikalı jurnalistdir. Mətbuat klubunun direktoru deyir ki, hökumət xarici müxbiri həbs edəndə onun tək bir məqsədi olur. Sükut.

Milli Mətbuat Klubunun İcraçı Direktoru Bill Makkarren: "Jurnalistləri girov götürən bir çox hökumətin istədiyi odur ki, heç bir müzakirə olmasın. Heç bir şey olmamasını istəyirlər. Onlar istəyirlər ki, camaat bu adamı bir məqsədlə etdikləri üçün saxladıqlarını unutsun".

Milli Mətbuat Klubu Tays ailəsinə dəstək verir.

Milli Mətbuat Klubundan Bill Makkarren: "Ostinin işində çətindir, çünki bu 10 ildə onu görməmişik və ya eşitməmişik."

Aprel ayında Rusiya ilə həbsxana mübadiləsi çərçivəsində keçmiş dəniz piyadası Trevor Ridin azadlığa buraxılması bəzi ümidlər yaradıb. Prezident Co Bayden may ayında Tays ailəsi ilə görüşərkən Ridin məsələsini qaldırıb. Dövlət Departamenti isə Ostin Taysın geri qayıtmasını təmin etmək üçün bütün yollara əl atdığını deyir.

Debra Tays deyir ki, Bayden ona Ostinin azadlığının təminatına sadiq olduğunu deyib.

"Onun dediyi sözlər çox ruhlandırıcı idi. Sözlər bir ana və ata üçün gözəl idi. Amma Ostinə lazım olan şey hərəkətdir".

Debra Tays hələ də oğlunu görəcəyinə ümid edir.

"Ostinin evə qayıdanda çoxlu seçimi olacaq və mən onun yolunu necə yenidən müəyyənləşdirdiyini görürəm, o, otuz yaşından sonra effektiv şəkildə həbs edilib, mənim fikrimcə, xüsusilə də bu dönəm bir kişi çox vacib bir dövrdür".

Yoxa çıxmasından təxminən on il sonra ailəsi və tərəfdarları Ostin Taysın unudulmaması üçün mübarizələrini davam etdirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG