Accessibility links

Ural Hatəmi: İran Azərbaycanında milli hərəkat əməkçilərin vəziyyətinə diqqət yetirir, ancaq bu yetərli deyil


Ural Hatəmi

Sosioloq Ural Hatəmi Amerikanın Səsi ilə söhbətdə İran Azərbaycanda getdikcə radikallaşan iqtisadi etirazlar haqqında danışıb. Hatəminin fikrincə, Təbrizdə Milli Hərəkatdan müstəqil olaraq iqtisadi vəziyyətlə əlaqədar böyük yürüşlərin təşkil olunması təhlil tələb edən bir mövzudur.

please wait

No media source currently available

0:00 0:14:36 0:00
Direct link

“Hər keçən gün şüarların sərtləşdiyini, radikallaşdığını görürük. Çünki, 2017-dən sonra bu yoxsulluq və aclıqla bağlı başlayan bu hərəkətlər 4-5 ilin içərisində nəticə almadığı üçün təbii ki, radikallaşacaq idi. Yəni, artıq İslam Cümhuriyyəti rejiminin başındakılar haqqında biz ağır şüarlar eşidirik,” Ural Hatəmi söyləyir

Bu mövzular mübahisə olunmalıdır. Təəssüf ki, bu yoxdur. Xəbərə qənaət edirik. Bu gün bizim Azərbaycan və ümumiyyətlə İranda türklər ilə bağlı, türk işçilər və başqa siniflər ilə bağlı müstəqil bir internet saytımız belə yoxdur ki, bunların dərdini danışıb və müzakirə etsin.

Sosioloq ağır iqtisadi şəraitin davam etdiyi təqdirdə daha radikal etirazların keçiriləcəyini önə çəkir.

Onun sözlərinə görə, “bu etirazların nəticəsi nə olar, haraya gedər çatar, gələcək günlərdə, aylarda və ya illərdə nə olacaq, bunlar başqa məsələdir. Amma, bu radikallaşma Azərbaycanda artıq bıçağın sümüyə dayandığını göstərir. Bu, belə davam edərsə rejimin daha da ağır və radikal etirazlar ilə qarşı-qarşıya qalacağı qətidir.”

İranda müəllimlər və Sosial Müdafiə Təşkilatının təminatında olan təqaüdçülər başda olmaqla müxtəlif siniflər keçən aylardan bəri İranın bir çox bölgəsində etiraz aksiyaları keçirirlər. İran Azərbaycanında təşkil olunan aksiyalarda İran dövləti və rəsmilərinə qarşı şüarlar ilk dəfə iyun ayının 6-da Təbrizdə keçirilən böyük yürüşdə eşidilib. Ölkənin digər bölgələrində daha əvvəl də bu növ şüarlar səsləndirilmişdi.

Ural Hatəminin dediklərinə görə, “Təbrizdə və ümumiyyətlə Azərbaycanda fəhlə ya da işçi təşkilatlar yoxdur. Məsələn İranın güneyində ərəblərin olduğu bölgələrdə işçilərin arasında belə qruplaşmalar vardır. Rəsmi olmasa da qeyri-rəsmi təşkilatlanmalar vardır. Bu təşkilatlanmanın nəticəsini biz onların aksiyalarında görmüşük.”

Sosiloq hesab edir ki, İran Azərbaycanında təşkil olunan iqtisadi etirazların ölkənin digər bölgələrinə görə daha az radikal olmasının bir başqa səbəbi Azərbaycanda siyasi qüvvələrin daha çox kimlik məsələsinə yönəlmiş olmasıdır:

Siyasi hərəkat mənasında, Azərbaycanın ən ağır gücü milli hərəkatdır. İndi, işçilərin Azərbaycan Milli Hərəkatından müstəqil olaraq küçəyə çıxması və bu hərəkatın təşkilatçılığı qırağında özünü göstərməsi təhlil olunması gərəkən bir hadisədir.

“Bir də bu məsələni nəzərə almalıyıq ki, hər bölgədə toplumun tamamı deyil, bəlli kəsimləri etiraz edər. Azərbaycanda siyasi mənada qruplaşmalara baxdığımız zaman dil, milli kültür, kimlik məsələləri və türklük məsələsi ilə bağlı təşkilatlanmaları və oraya gedən enerjini diqqətə almalıyıq. Bu enerji işçilərlə bağlı sərf olunmur. Yəni demək istəyirəm ki, toplumun bütün olaraq bir enerjisi ola bilər, bu enerji Təbrizdə bölünmüş vəziyyətdədir. Əslində bunları birləşdirdiyimiz zaman biz siyasi hərəkətlərin gücünü bütün olaraq görə biləcəyik.”

Hatəminin fikrincə, İran Azərbaycanında milli hərəkatdan müstəqil olaraq əmək haqqı ilə bağlı böyük yürüşlərin təşkil olunması təhlil tələb edən bir məsələdir:

“Hərkəs bilir ki, siyasi hərəkat mənasında, Azərbaycanın ən ağır gücü kimlikdir, kültürdür, dil haqlarıdır. Yəni, bütün olaraq milli hərəkatın ağırlığı vardır. İndi, işçilərin Azərbaycan Milli Hərəkatından müstəqil olaraq küçəyə çıxması və bu hərəkatın təşkilatçılığı qırağında özünü göstərməsi təhlil olunması gərəkən bir hadisədir.”

Sosiloq əlavə edir, “kimlik, kültür və dil haqları müstəmləkəyə qarşı [mücadilənin] bir yönüdür. Bunun iqtisadi istismara, iqtisadi haqsızlıqlara qarşı mücadilə ilə təzadı yoxdur. Yəni, milli hərəkatın gözündən qaçmış bir məsələ vardır, o da, bu gün gördüyümüz əməkçilərdir, təqaüçülərdir, bu gün gördüyümüz aclar, yoxsullardır. Bu, bu mənaya gəlmir ki, bunlar heç diqqətə alınmayıb. Amma, bu məsələ ilə bağlı daha da dərin çalışmaq lazimdir. Bu mövzular mübahisə olunmalıdır. Təəssüf ki, bu yoxdur. Xəbərə qənaət edirik. Bu gün bizim Azərbaycan və ümumiyyətlə İranda türklər ilə bağlı, türk işçilər və başqa siniflər ilə bağlı müstəqil bir internet saytımız belə yoxdur ki, bunların dərdini danışıb və müzakirə etsin.”

Dünyaya Baxış

Dünyaya Baxış. MAQATE Zaporojye AES-də nüvə təhlükəsi olmadığını bildirir
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG