Accessibility links

Ural Hatəmi: Təbrizdəki etirazlar İranda yeni bir ictimai hərəkatın formalaşdığını göstərdi


Sosioloq Ural Hatəmi Amerikanın Səsi ilə söhbətdə deyir ki, keçən iyul ayının 24-də su qıtlığına qarşı və ərəb icmasına dəstək olaraq Təbrizdə keçirilən etiraz aksiyası İranın ictimai hərəkatlar tarixində yeni bir dönəm başlatmışdır.

Ural Hatəmi İranda su böhranının ən çox məhrum və kənarlaşdırılmış icmalara zərər verdiyini önə çəkir.

İctimai hərəkatlar aspektindən baxanda, demək olar ki, bu etirazlarla birlikdə, İranda etirazlar və ümumilikdə siyasi aksiyalar yeni dönəmə girmiş oldu.

Onun sözlərinə görə, “toplumda bir şəkildə ayrı-seçkiliyə məruz qalan qruplar, yəni, dil, din, etnik, cinsiyyət, hər hansı baxımdan olur olsun, bu qruplar toplumlarda ortaya çıxan problemlərin ilk qurbanları olurlar. Yəni, bunlar ən çox zərər görən qruplardır. Hətta təbii afətlərdən də yenə bunlar daha çox zərərli çıxır. İranda da indi su problemindən ən çox zərər görənlər Əhvaz bölgəsində ərəblər, Bəluçistanda bəluçlar və Azərbaycanda türklərdir.”

İyulun 24-də İranın polis və hərbi qüvvələri Təbriz, Urmiyə və Ərdəbil kimi şəhərlərdə etirazları əngəlləmək üçün əsas küçələri bağladı. Təbrizdə baş tutan aksiyalarda etirazçılar “azadlıq, ədalət, milli hökumət”, “Azərbaycan, Əl-Əhvaz, ittihad, ittihad” və “haray, haray mən türkəm” kimi şüarlar səsləndirdi.

İranda da indi su problemindən ən çox zərər görənlər Əhvaz bölgəsində ərəblər, Bəluçistanda bəluçlar və Azərbaycanda türklərdir.

Ural Hatəminin sözlərinə görə, “ictimai hərəkatlar aspektindən baxanda, demək olar ki, bu etirazlarla birlikdə, İranda etirazlar və ümumilikdə siyasi aksiyalar yeni dönəmə girmiş oldu. İran tarixində qeyri-farslar arasında birliyin, bir-birinə səs vermənin və bir-birinə arxa çıxmanı bir örnəyini yaşadıq bu Təbriz etirazlarında.”

O, İranda ortaya çıxan yeni bir hərəkat formasından bəhs edir: “Yeni bir hərəkat forması ortaya çıxır İranda. Ətrafda, həm coğrafi olaraq həm də sosioloji olaraq mərkəzin kənarında olan qrupların birlikdə hərəkət etməsini görürük. Ərəblər ilə türklər, Əhvaz xalqı ilə Azərbaycan xalqı. Belə görünür ki, bu iki millətin bir-birinə səs verməsi gələcəkdə İranda ictimai hərəkətlərin yönünü dəyişdirəcək və elə bugün etibarı ilə də dəyişdirmişdir. Görürük ki, bu məsələ mərkəziyyətçi siyasi qrupları da hirsləndirib və bunu çox ciddi şəkildə boykot edirlər.”

Ural Hatəmi müsahibədə həmçinin bu aksiyalarda səsləndirilən “azadlıq, ədalət, milli hökumət” şüarını şərh edib. O hesab edir ki, “bu şüarın səsləndirilməsi Azərbaycanda ortaya çıxan bu milli-mədəni hərəkatın bir addım daha irəliyə getdiyini göstərir.”

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG