Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Ukrayna borşunu qeyri-maddi irs siyahısına daxil edib. Bu barədə qurumun saytında dərc olunmuş məlumatda deyilir. Təcili Qorunmağa Ehtiyacı Olan Qeyri-Maddi İrs Siyahısı YUNESKO-nun 2003-cü ildə qəbul etdiyi konvensiyada yer alan beynəlxalq mühafizə tədbiridir.
UNESCO-nun bəyanatı izah edir ki, Ukraynadakı silahlı münaqişə borş reseptlərinin “sağ qalmasını təhlükə altına alır”, çünki onun hazırlanması mədəniyyətinin daşıyıcıları, bir çoxu evlərini tərk etmək məcburiyyətində qalanlar artıq bunu tətbiq edə bilmirlər.
"Borş Ukrayna xalqını yaşından, cinsindən və mənşəyindən asılı olmayaraq birləşdirməyə xidmət edən sosial inteqrasiya və birliyin elementidir. Bu mənada element silahlı münaqişələr və fövqəladə hallar zamanı qeyri-maddi mədəni irsin mühüm rolunu nümayiş etdirir", - nazirliyin bəyanatında deyilir.
Ukraynanın mədəniyyət naziri Oleksandr Tkaçenko sosial şəbəkələrdə yazıb ki, “borş üçün mübarizə hələ müharibədən əvvəl başlayıb”.