Accessibility links

ABŞ-da Müstəqillik Günü qeyd edilir


ABŞ prezidenti Co Bayden və birinci xanım Cil Bayden bazar ertəsi günortadan sonra Ağ Evin cənub çəmənliyində hərbçi ailələr üçün 4 iyul barbequ tədbirinə ev sahibliyi edəcək. Günün sonunda onlar Milli Mall-da Müstəqillik Günü atəşfəşanlığına baxacaqlar.
İyulun 4-ü ABŞ təqvimində ən vətənpərvər günlərdən biridir. Müstəqillik Günü 13 orijinal koloniyanın Britaniya hökmranlığından əl çəkərək ABŞ-ı yaratmaq qərarını qeyd edir.
Lakin bu qərar iyulun 4-də baş tutmayıb. Koloniyaların nümayəndələri faktiki olaraq 1776-cı il iyulun 2-də müstəqilliyə səs verib. İki gün sonra onlar Müstəqillik Bəyannaməsini, səsverməni izah edən sənədi təsdiq edib. Çoxları inanırdı ki, ölkə iyulun 2-də, səsvermənin ildönümünü qeyd etməlidir. Lakin bəyannamənin nüsxələri o qədər geniş yayılıb ki, iyulun 4-ü yadda qalan günə çevrilib.
Müasir 4 iyul paradlar, pikniklər, siyasi çıxışlar və atəşfəşanlıqla qeyd edilir.
ABŞ-ın qərbindəki şəhərlər üzərindəki səma ardıcıl olaraq üçüncü il 4 iyulda qaranlıq qalacaq. Belə ki, bəzi böyük atəşfəşanlıq tədbirləri bu il yenidən ləğv edilib.
Milli meşələrdə atəşfəşanlıq həmişə qadağandır.
Quru hava və quraqlıq şəraitinin davam etməsi ilə meşə yanğınları və pandemiya ilə əlaqəli işçi heyətinin və təchizat zənciri problemlərinə görə narahatlıqlar mövcuddur. Bununla belə, qurucu atalar Britaniyadan müstəqillik əldə etməyə çalışarkən, qaradərililərin köləliyi koloniyalarda geniş şəkildə tətbiq olunurdu.
Bəyannamədə bu keçidin olmasına baxmayaraq, müstəmləkəçilər qulların haqları olduğuna inanmırdılar.
Bəyannamədə deyilir: "Biz hesab edirik ki, bütün insanlar bərabər yaradılmışdır, onlara Yaradan tərəfindən müəyyən ayrılmaz hüquqlar verilmişdir, bunlar arasında həyat, azadlıq və xoşbəxtliyə can atmaq da var".
Amerika o vaxtdan bəri bu uyğunsuzluqla mübarizə aparır.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG