Accessibility links

Livan Hizbullahın İsrail qaz qurğusu yaxınlığına pilotsuz uçuş aparatı göndərməsini tənqid edib


Livanın Baş naziri Nəjib Mikati və Livanın xarici işlər naziri Abdulla Bu Həbib
Livanın Baş naziri Nəjib Mikati və Livanın xarici işlər naziri Abdulla Bu Həbib

Livanın xarici işlər naziri bazar ertəsi deyib ki, ABŞ-ın vasitəçiliyi ilə düşmən dövlət İsraillə dəniz sərhədinin demarkasiyasına dair danışıqlara hər bir müdaxilə qəbuledilməzdir.

Onun şərhi Livanın İranın dəstəklədiyi Hizbullah hərəkatının şənbə günü dənizdəki Kariş qaz yatağına üç silahsız kəşfiyyat aparatı göndərməsi və İsrailin onları vurduğunu bildirməsindən sonraya təsadüf edir.

"Dövlətin məsuliyyəti və danışıqların aparıldığı diplomatik yoldan kənara çıxan hər hansı bir hərəkət qəbuledilməzdir və bu, [Livanı] lazımsız risklərə məruz qoyur" - deyə, xarici işlər naziri Abdulla Bu Həbib baş nazir Nəcib Mikati ilə görüşdən sonra deyib.

Şiə müsəlmanlarının güclü siyasi və hərbi hərəkatı olan Hizbullah öz missiyasını "başa çatdırdığını" iddia etsə də, İsrailin baş naziri Yair Lapid bu addımın dəniz sərhədi razılaşması şanslarını sarsıtdığını deyib.

Bazar ertəsi Bu Həbib Hizbullaha üstüörtülü mesajında "bütün tərəfləri ali milli maraq ruhu nümayiş etdirməyə və danışıqlar prosesində dövləti dəstəkləməyə öhdəlik götürməyə" çağırıb.

"ABŞ vasitəçisinin köməyi ilə davam edən danışıqlar inkişaf mərhələsindədir" deyən Həbib Hizbullah əməliyyatının dövlətin rəsmi razılığı olmadan həyata keçirildiyini əlavə edib.

Livan və İsrail arasında dəniz sərhədi mübahisəsi keçən ay İsrailin istehsal gəmisini Livanın bəzi hissəslərinin ona məxsus olduğunu iddia etdiyi Karişə köçürməsindən sonra gündəmə gəlib.

Bu addım Livan hökumətini keçən il sərhədlərin müəyyən edilməsi ilə bağlı mübahisələrə görə dalana dirənən danışıqların bərpasına çağırmağa məcbur edib.

Hizbullah isə öz növbəsində İsraili və istehsal gəmisinin sahibi olan şirkəti hasilata davam etməyəcəyi ilə hədələyərək, bunun qarşısını almağa hazır olduğunu bildirib.

Livan hazırda rəsmilərin müraciəti əsasında keçən ay Beyruta səfər edən ABŞ vasitəçisi Amos Hoksteynə dəniz sərhədi ilə bağlı mövqeyini açıqladıqdan sonra İsraildən cavab gözləyir.

XS
SM
MD
LG