Accessibility links

Çikaqoda 4 İyul paradı zamanı atışma nəticəsində 6 nəfər ölüb, 24 nəfər yaralanıb


Çikaqo şəhəri ətrafında Highland parkda atışmadan sonra əraziyə polis qüvvələri yerləşdirilib, 4 iyul, 2022.
Çikaqo şəhəri ətrafında Highland parkda atışmadan sonra əraziyə polis qüvvələri yerləşdirilib, 4 iyul, 2022.

İyulun 4-də Çikaqo şəhəri ətrafında Highland parkda Müstəqillik Günü paradı zamanı baş verən atışma nəticəsində 6 nəfər həlak olub, azı 24 nəfər yaralanıb. Polis şənliklərə damdan atəş açmış şübhəlini axtardığını bildirib.

Leyk dairəsinin cinayət-istintaq işçi qrupunun sözçüsü Kristofer Kovelli mətbuat konfransında bildirib ki, silahlı şəxs hadisə yerindən tapılan tüfəngdən istifadə edərək, damdan parad iştirakçılarına atəş açıb. O deyib ki, hansı binadan atəş açıldığı məlum deyil.

Kovelli polisin yalnız bir nəfərin atəş açdığına inandığını deyib və xəbərdarlıq edib ki, həmin şəxs hələ də silahlı və təhlükəli hesab edilməlidir.

Polis həlak olanlar və yaralananlar barədə detalları açıqlamayıb.

Parad səhər saat 10 radələrində başlayıb, lakin təxminən 10 dəqiqə sonra atəş açıldıqdığı zaman qəfil dayandırılıb. Bəziləri qan içində yüzlərlə parad iştirakçısı hadisə yerindən qaçmağa başlayıb.

Polis insanlara müraciət edərək, “hamı dağılışsın, burada olmaq təhlükəsiz deyil,” deyib.

İllinoys ştatının qubernatoru Pritzker Twitter hesabında “Highland parkda vəziyyəti yaxından izlədiyini” və İllinoys ştat polisinin köməklik göstərdiyini bildirib.

Bu, Texas ştatının Uvalda şəhərində ibtidai məktəbdə baş verən kütləvi atışmadan və mayın 14-də Nyu-Yorkun Buffalo şəhərində ərzaq mağazasında 10 nəfərin ölümü ilə nəticələnən hücumdan sonra odlu silahdan istifadə etməklə baş verən növbəti hadisədir.

XS
SM
MD
LG