Accessibility links

Səudiyyə Ərəbistanında pandemiyadan sonra ən böyük Həcc ziyarəti başlayıb


Dünyanın hər yerindən ağ geyimli ibadətçilər koronavirus pandemiyası başlayandan bəri ən böyük Həcc ziyarəti üçün İslamın ən müqəddəs şəhərinə toplaşıb.

2019-cu ildən bəri ilk xarici ziyarətçilər də daxil olmaqla, möminləri salamlayan plakatlar meydanları və xiyabanları bəzəyib. Silahlı təhlükəsizlik qüvvələri isə Məhəmməd peyğəmbərin doğulduğu qədim şəhərdə patrul çəkir.

Sudanlı zəvvar Abdel Qader Xeder çərşənbə günü rəsmi olaraq başlayacaq tədbirdən əvvəl Məkkədə AFP-yə deyib: "Bu, saf bir sevincdir. Burada olduğuma demək olar ki, inana bilmirəm. Hər andan həzz alıram."

Pandemiya səbəbi ilə iki il ərzində kəskin azalan saydan sonra builki Həcc ziyarətinə 850 mini xaricdən olan bir milyon insan buraxılıb.

Həcc İslamın beş sütunundan biridir ki, imkanları olan bütün müsəlmanlar ən azı bir dəfə bunu yerinə yetirməlidirlər.

Bazar ertəsi günortadan sonra özlərini qızmar günəşdən qorumaq üçün əllərində çətir daşıyan zəvvarlar Məkkədəki suvenir və bərbərxanalara axın edib, digərləri isə Məscidül-həramın yaxınlığındakı küçələrdə xurma ağaclarının altında yemək yeyib.

Bir çox yeni gələnlər Məscidül-həramın mərkəzindəki Kəbənin ətrafında yeddi dəfə dolaşmağı tələb edən ilk ritualı icra etməyə artıq başlayıb.

Qranitdən hazırlanmış və Quran ayələri olan parça ilə örtülmüş Kəbə təxminən 15 metr (50 fut) hündürlüyündədir. Bu, dünyanın harasında olmasından asılı olmayaraq, bütün müsəlmanların dua etmək üçün üz tutduqları yerdir.

Misirli zəvvar Məhəmməd Lütfi AFP-yə deyib: "Kəbəni ilk görəndə qəribə bir şey hiss etdim və ağlamağa başladım".

Rəsmilər bildiriblər ki, bazar gününədək Səudiyyə Ərəbistanına xaricdən ən azı 650 000 zəvvar gəlib.

2019-cu ildə Ərəfat dağında toplaşmaq və Minada "şeytanı daşa basmaq" də daxil olan ayinlərdə təxminən 2,5 milyon insan iştirak edib.

Növbəti il pandemiya başlayanda Həccin qlobal bir "super yayıcıya" çevrilməsini dayandırmaq üçün əcnəbilərə qadağa qoyulmuş və ibadət edənlər cəmi 10 000 nəfərlə məhdudlaşdırılmışdı.

2021-ci ildə tam peyvənd olunmuş Səudiyyə vətəndaşları və sakinlərinin sayı 60 minə çatmışdı.

Bu il yalnız 65 yaşdan aşağı zəvvarlara icazə verilib. Onlar ciddi sanitariya şəraitdə Həcc ziyarətində iştirak edir.

Həcc ziyarəti illər ərzində çoxsaylı fəlakətlərlə müşayiət edilib. 2300-ə qədər insanın ölümünə səbəb olan 2015-ci il basırığı və 1979-cu ildə 153 nəfərin ölümü ilə nəticələnmiş yüzlərlə silahlının hücum bunlar arasındadır.

Müşayiətsiz qadınlar

Həcc ziyarəti mühafizəkar səhra krallığı və onun faktiki hökmdarı vəliəhd şahzadə Məhəmməd bin Salman üçün güclü nüfuz mənbəyidir.

Adambaşına ən azı 5000 dollara başa gələn Həcc iqtisadiyyatını şaxələndirməyə çalışan dünyanın ən böyük neft ixracatçısına pul qazandırır. Normal illərdə Həcc ziyarəti milyardlarla dollar gəlir gətirir. Bu, həmçinin insan hüquqlarının pozulması və şəxsi azadlıqların məhdudlaşdırılması ilə bağlı davamlı şikayətlərə baxmayaraq, krallığın sürətli sosial transformasiyasını nümayiş etdirmək üçün bir şansdır.

Son islahatlara əsasən Ər-Riyadda və Ciddədə qarışıq cinslərdən ibarət çimərliklərə icazə verən Səudiyyə Ərəbistanı indi qadınların kişi qohumlarının müşayiəti olmadan Həcc ziyarətinə getməsinə icazə verir. Bu tələb keçən il ləğv edilib.

Sakitlik

Səudiyyə Ərəbistanının əksər qapalı məkanlarında maskalar məcburi deyil. İslamın ən müqəddəs məkanı olan Böyük Məsciddə isə maskalar məcburidir. Xaricdən gələn zəvvarlar PCR testinin mənfi nəticəsini təqdim etməlidir.

Rəsmilərin dediyinə görə, Böyük Məscid gündə 10 dəfə 4000-dən çox kişi və qadın işçi tərəfindən yuyulacaq, hər dəfə 130 000 litrdən çox dezinfeksiyaedici maddələrdən istifadə ediləcək.

Pandemiyanın başlanğıcından bəri Səudiyyə Ərəbistanında təxminən 34 milyon əhalisinin 9000-i ölümcül olmaqla, 795 000-dən çox koronavirusa yoluxma qeydə alınıb.

COVID-dən başqa bir problem dünyanın ən isti və ən quraq bölgələrindən birində daha da ekstremallaşan iqlim dəyişikliyinin təsirləri ilə bərabər qızmar günəşdir.

Yay yeni başlasa da, Səudiyyə Ərəbistanının bəzi yerlərində temperatur artıq 50 dərəcə selsiyə çatıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Çin Tayvanı ilhaqı ilə bağlı hədəsini təkrarlayır
please wait

No media source currently available

0:00 0:11:34 0:00
XS
SM
MD
LG