Accessibility links

Avro son 20 ildə ən aşağı səviyyəyə enib


Çərşənbə axşamı Avropa qaz qiymətlərindəki son artımın regionun tənəzzül narahatlığına əlavə olunması və ABŞ-ın maliyyə gəlirliliyinin artması avronu son 20 ildə ən şağı səviyyəyə endirib.

Bir çox valyuta təzyiq altındadır. Avronun 1,2% ucuzlaşması EUR=EBS 2002-ci ilin sonundan bəri ən zəif həddə çatıb.

Yaponiya yeni JPY=EBS yenidən 24 illik minimuma yaxınlaşıb. Norveçin tacı isə qaz işçilərinin tətilə başlaması ilə 1,2% düşüb. İqtisadçılar həm Avropada, həm də İngiltərədə təbii qaz qiymətlərindəki növbəti 17% artımdan sonra Avropanın tənəzzül risklərinin açıq şəkildə artdığını bildirir.

Almaniya Bundesbankının rəhbəri Yoahim Nagel ECB-nin yüksək borcu olan ölkələri artan borc faizlərindən qorumağa çalışmaq planlarını tənqid etdikdən sonra Avropa Mərkəzi Bankının necə reaksiya verəcəyi ilə bağlı narahatlıqlar daha da artıb.

MUFG-nin qlobal bazarlar üzrə araşdırma rəhbəri Derek Halpenny enerji mənzərəsinin pisləşməsi və iqtisadi artım risklərinin nəzərəçarpacaq dərəcədə artması ilə avronun yüksəlməsinin çox çətin olacağını deyib.

Reuters-ə danışan cəbhə treyderlər erkən ticarətdə də böyük bir dollar sifarişinin olduğunu bildirib.

Treyderlərdən biri deyib ki, bu, enerji qiymətləri ilə birləşərək zəncirvari reaksiyaya səbəb olub, səhm birjaları və istiqraz bazarlarına sıçrayaraq, avronun 2017-ci ildəki 1.0340 dollar səviyyəsindən daha aşağı səviyyəsinə endirib.

Ağır dəyər dəyişikliyi eyni zamanda İsveçrə Milli Bankının 2015-ci ildə valyuta limitini ləğv etməsindən sonra ortaq valyutanın İsveçrə frankı EURCHF= qarşısında ən aşağı səviyyəyə endiyini göstərib. Funtun GBP=EBS-nin iqtisadi və siyasi narahatlığı olmasa da, sterlinqə qarşı da aşağı düşərək, yenidən 1,20 dollar olub.

Ölkədə bir gecədə ilk dəfə ardıcıl 0.5 faiz artımına baxmayaraq, hətta Avstraliya dolları ağır şəkildə büdrəyib ki, bu da 1994-cü ildən bəri ən sürətli məzənnə artımını gücləndirib. Aussie AUD=D3 günün əvvəlində 0,6895 dollara qədər ticarət etdikdən sonra 1% ucuzlaşaraq 0,6787 dollara qədər yüksəlib. Bu il isə təxminən 7% azalıb.

Rabobank FX strateqi Ceyn Foli mərkəzi bankların yalnız valyutalarının düşməsini dayandırmaq üçün dərəcələri artırmalı olduqlarına toxunaraq, "bizim bu böyük artımlarla o qədər çox mərkəzi bankımız var ki, indi tərs valyuta müharibələrindən danışırsınız. Xüsusilə ABŞ Federal Ehtiyat Sistemi gözlənildiyi kimi önümüzdəki aylarda böyük dərəcə artımları ilə irəliləsə, bir sıra valyutalar üçün "bu, narahatedici ola bilər" deyib.

Dolların möhkəmlənməsi isə Yaponiya yenini 24 ilin ən aşağı səviyyəsinə endirib. Sonuncu dəfə 1 yen 135,79 dollar olub.

Şərqi Avropa da bunun təsirinə məruz qalıb. Belə ki, bu ölkələr Rusiya qazından ən asılı ölkələrdir.

MSCI-nin əsas EM FX indeksi Macarıstan forinti HUF=, Polşa zlotisi PLN= və Rumıniya leyi RON= kimi avro ilə əlaqəli valyutalar da dollara qarşı 1,6-2,3% ucuzlaşma ilə 2020-ci ilin noyabr ayından bəri ən aşağı səviyyəyə enib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG