Accessibility links

Tofiq Yaqublu quru sərhədlərinin açılması tələbilə aksiya təyin edib


Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu iyulun 13-də Nazirlər Kabinetinin binası qarşısında "Ölkənin quru sərhədlərini açın!" tələbilə dinc etiraz piketi keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Tofiq Yaqublu Amerikanın Səsinə bildirib ki, təşəbbüs onun olduğundan Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubunu da özü göndərib.

"Ölkənin quru sərhədləri məntiqsiz və absurd olaraq bağlı saxlanılır. Hökumət bunun səbəbləri ilə bağlı cəmiyyətə izahat vermir. Pandemiya ilə bağlı bütün qadağalar, məhdudiyyətlər ləğv edilibsə, insanlar təyyarələrlə gedib-gəlirsə, quru sərhədləri də açılmalıdır. Quru sərhədlərinin bağlı saxlanılmasının heç bir izahı yoxdur və bu, əhaliyə divan tutmaqdır. Çünki insanlar təyyarə ilə gedib-gələndə müflis olurlar. Təyyarə biletləri çox bahadır" , o qeyd edib.

please wait

No media source currently available

0:00 0:02:39 0:00

Yaqublu deyib ki, Bakı şəhər İcra Hakimiyyəti aksiyaya razılıq verib-verməməsindən asılı olaraq müvafiq qərar verəcək.

"Deyirlər ki, sərbəst toplaşmaq azadlığına qadağa yoxdur. Son zamanlar da bəzi aksiyalar nisbətən dözümlü yanaşırlar. Görək nə cavab verəcəklər? Ondan sonra müvafiq qərar verəcəm".

O iddia edir ki, quru sərhədlərinin bağlı saxlanılması avişirkətlərin gəlirlərini artırmağa xidmət edir.

"Bunun ağılabatan digər izahı da yoxdur. Əgər elə deyilsə, nə əsasla quru sərhədləri bağlı saxlayırlar. Xalqa o qədər sayğısız yanaşırlar ki, bu məsələ aktuallaşdıqca, götürdülər Naxçıvandan İrana və Türkiyəyə olan quru sərhəd-keçid məntəqələrini də bağladılar" , o qeyd edib.

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il sentyabrın 1-dək uzadılıb. Xüsusi karantin rejimi tətbiq edildiyindən 2020-ci ilin martından Azərbaycanın quru və dəniz sərhədləri insanların keçidi üçün bağlıdır.

Son aylarda koronavirusa yoluxma halları 20 nəfərədək azalıb. Ölkədə bütün qadağalar və insanların toplaşması üçün say məhdudiyyəti aradan qaldırılıb. Çoxsaylı tənqidlərə baxmayaraq, ölkənin quru sərhədləri insanların keçidi üçün açılmayıb.

Quru sərhədlərin bağlanması hava nəqliyyatında qiymətlərin süni artırılması və monopolist şirkətlərin dəstəklənməsinə xidmət etdiyinə dair hökumətə qarşı ittihamlara yol açıb.

Dünyaya Baxış

Dünyaya Baxış. MAQATE Zaporojye AES-də nüvə təhlükəsi olmadığını bildirir
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG