Accessibility links

Cənubi Afrikada iki bara hücum nəticəsində 19 nəfər ölüb


Bazar günü polis bildirib ki, biri Yohannesburqa yaxın bir qəsəbədə, digəri isə Cənubi Afrikanın şərqində iki bara silahlı hücum nəticəsində 19 nəfər ölüb.

Soveto polisinin dediyinə görə, hücumçular mikroavtobus-taksi ilə gələrək bar patronlarına atəş açmağa başlayanda 15 nəfər öldürülüb.

Şərqi Pietermaritzburq şəhərində polis iki nəfərin müştərilərə atəş açması nəticəsində 4 nəfərin öldüyünü və 8 nəfərin yaralandığını bildirib.

Polis hücumların hansısa şəkildə biri-biri ilə bağlı olub-olmadığını söyləməyin hələ tez olduğunu, lakin onların oxşarlığını müşahidə etdiklərini bildirib.

Cənubi Afrikanın iqtisadi paytaxtının cənub-qərbində, Yohannesburqun ən böyük qəsəbəsi olan Sovetoda gecə yarısından az sonra hadisə yerinə polis çağırılıb.

"Biz hadisə yerinə çatanda 12 nəfər güllə yarasından ölmüşdü" - deyə, yerli polis zabiti Nonhlanhla Kubheka AFP-yə bildirib. O əlavə edib ki, 11 nəfər xəstəxanaya aparılıb. 3 nəfər az sonra ölüb.

Hücum edənlərlə bağlı təfərrüatlar verilməyib.

Atışma baş verən Soveto rayonunun Orlando polis bölməsinin komandiri Kubheka "heç kimin həbs olunmadığını deyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG