Accessibility links

Milli fəal Behnam Zarei saxlanılıb


Şərqi Azərbaycan vilayətinin Vərziqan şəhərində milli fəal Behnam Zarei İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, Zarei şənbə günü Vərziqanın Köhnəli kəndindəki evində saxlanılıb.

HRA-nın xəbərinə görə, təhlükəsizlik qüvvələri türk fəalın evində axtarış aparıb, onun şəxsi əşyası, o cümlədən mobil telefonunu müsadirə edib.

Agentlik Behnam Zareinin hansı səbəblərə görə saxlanıldığının bəlli olmadığını yazıb. Ancaq sosial şəbəkələrdə onun ətraf mühit müdafiəçisi olaraq fəaliyyət göstərdiyinə dair məlumat yayılıb.

Zarei Təbriz Universitetində kənd təsərrüfatı üzrə ali təhsilini bitirib. O, tələbəlik dönəmində həmin universitetdə nəşr edilən "Ərk" adlı tələbə dərgisinin redaktoru olub.

Şərqi Azərbaycanın Vərziqan şəhəri bir neçə gündür mədən işçilərinin təşkil etdiyi etiraz aksiyaları ilə gündəmdədir. İyul ayının 5-dən bəri aksiyaların keçirildiyi Süngün mis mədəni kompleksində azı 7 mədən işçisi nəzarət altına alınıb. Etiraza qatılan işçilər polis zorakılığına məruz qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Krımdakı vurulan Rusiya aviabazasının peyk görüntüləri yayımlanıb
please wait

No media source currently available

0:00 0:08:59 0:00
XS
SM
MD
LG