Accessibility links

Rusiya Ukrayna müharibəsinin Cənubi Qafqaza real təsirləri -Ekspert şərhləri


Bu ilin fevralında başlayan Rusiya və Ukrayna müharibəsi nəticəsində Qərblə Moskva arasında ciddi gərginlik yaranıb. Bu müharibə Cənubi Qafqaz ölkələrinə də təsirsiz ötüşmür. Yerli və beynəlxalq ekspertlər hesab edir ki, Rusiyanın hazırkı siyasəti Cənubi Qafqaz ölkələri üçün təhdid mənbəyidir. Amerikanın Səsi bu istiqamətdə siyasi təhlilçilərdən və deputatlardan Ukrayna müharibəsinin postsovet məkana təsirləri ilə bağlı şərhlər alıb.

Siyasi şərhçi Azər Qasımlı Amerikanın Səsinə açıqlamasında müharibənin Cənubi Qafqazda geopolitik vəziyyətə təsirlərindən danışıb.

Azər Qasımlı: Azərbaycan öz xarici siyasətində müəyyən dəyişikliklər etmək məcburiyyətindədir
please wait

No media source currently available

0:00 0:04:49 0:00

O deyir ki, gərginliyin Cənubi Qafqaza ciddi təsirləri var və bu təsirlər bundan sonra da davam edəcək.

"Son iyirmi il ərzində Cənubi Qafqaz bölgəsi demək olar ki, yalnız Rusiyanın nəzarətində olub. Qərbin burada hər hansı bir ciddi aktivliyini müşahidə etməmişik. Amma indi biz görürük ki, müharibə başlayandan sonra vəziyyət ciddi şəkildə dəyişir. Artıq postsovet məkanında, həm bizim bölgədə, həm də Orta Asiyada Qərbin daha aktiv siyasətini müşahidə edirik. Düşünürəm ki, burada olan siyasi elitalar, iqtidarlar, dövlətlər buna uyğun hərəkət edirlər və irəlidə də buna uyğun hərəkət edəcəklər".

Azər Qasımlı deyir ki, Azərbaycan hökümətinin uzun illərdir Qərblə Rusiya arasında balans saxlama siyasəti indiki dövrdə çətin olacaq.

Siyasi şərhçi Azər Qasımlı
Siyasi şərhçi Azər Qasımlı

"Bu, ondan xəbər verir ki, Azərbaycan öz xarici siyasətində müəyyən dəyişikliklər etmək məcburiyyətindədir və yaxud məcburiyyətində qalacaq. Təhdidlərə gəlincə, balans siyasəti dəyişirilirsə, hansısa bir tərəfə doğru yönlənməklə bağlı qərar verilməlidir. Əgər, Qərbə doğru yönlənmək barədə qərar veriləcəksə, Rusiya təbii ki, burada daha da aqressivləşə bilər və Putin bu bölgədə aqrissiv siyasət yürüdə bilər. Amma onun nə qədər aqressiv siyasət yürütməsi təbii ki, Ukrayna və Rusiya arasında bu gün gedən müharibədən, Rusiyaya qarşı olan sanksiyalardan və Rusiyanın dünyadan təcrid olunmasından asılı olacaq. Əgər Rusiya daha çox təcrid olunacaqsa, sanksiyalar daha ciddi şəkildə Rusiyanın daxilində iqtisadiyyatına, siyasətinə dağıdıcı təsir edəcəksə, sözsüz ki, Cənubi Qafqaz bölgəsində Rusiyanın təsir imkanları azalacaq. Təsir imkanları azaldıqca təbii ki, Azərbaycanın öz təhlükəsizliyini qoruması üçün, öz xarici siyasətini daha müstəqil şəkildə həyata keçirməsi üçün fürsətlər açılmış olacaq".

Rusiyanın Ukraynaya qarşı apardığı müharibə postsovet respublikaları üçün hansı təhdidlər yaradır? Onlar, o cümlədən Azərbaycan bu təhdidlərdən necə qorunmalıdır? sualına cavabda siyasi şərhçi deyib ki, Azərbaycan daha çox Avropa institutlarına inteqrasiya olunmalıdır.

"Amma bunun yanında da mən düşünürəm ki, hər kəs başa düşür ki, Şərqdən yaxud Cənubdan Azərbaycana müəyyən təhdidlər ola bilər. İrəlidə onun təhlükəsizliyi ilə bağlı müəyyən problemlər yarana bilər. Təbii ki, bunları mütləq nəzərə alınmalıdır Azərbaycan öz xarici siyasətində və təbii ki, dünyada gedən, o cümlədən də bizim regionda gedən proseslərlərə uyğun olaraq qərarlar verməlidir. Amma sonunc etibarı ilə hesab edirəm ki, Azərbaycanın strateji olaraq gələcəyi avrointeqrasiyadadır. Qərb institutlarına inteqrasiya olunmalıdır. Azərbaycan qərblə daha yaxın münasibətlərdə müasir, liberal dünyaya inteqrasiya olunmalıdır. Bizim gələcəyimiz və Cənubi Qafqazın gələcəyi, dünyanın gələcəyi məhz liberal ideyaların yanındadır".

Politoloq Nəsimi Məmmədli isə deyir ki, Rusiya Cənubi Qafqazı, eyni zamanda bütün postsovet məkanını özünə yaxın xaric adlandırır.

"Orada həm özünün iqtisadi, həm siyasi, həm də hərbi təsirlərini saxlamağa çalışır. Bu baxımdan əlbəttə Rusiyanın artan aqressiyası, xüsusilə Ukrayna ilə artan müharibədə özünü qabarıq göstərdi. Bütün postsovet məkanı üçün, eyni zamanda, Cənubi Qafqaz üçün də yeni təhdidlər yaradır. Həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan bu ehtimallar getdikcə artır".

Azərbaycanın təhdidlərdən necə qorunmasına gəlincə ekspert deyir ki, ölkə Türkiyə ilə münasibətləri sabit saxlamalıdır.

Politoloq Nəsimi Məmmədli
Politoloq Nəsimi Məmmədli

"Türkiyə və bir NATO dövləti kimi Azərbaycanın təhlükəsizliyində bir qarant rolunu oynaya bilər. Bu, inkişaf etdirilməlidir. Əlbəttə burada vəziyyət xeyli dərəcədə mürəkkəbdir. Rusiyanın bölgəyə, xüsusilə Azərbaycana təsirləri baxımından, həm burada milli etnik baxımından, həm dini məzhəb baxımından İranla bərabər əlində xeyli dərəcədə təsirli riçaqlar var. Eyni zamanda onlar Qərbin siyasi dəyərlərinin Azərbaycanda möhkəmlənməsində, ictimai dəstək qazanmasında maraqlı deyillər. Bunun üçün hər cür əngəlləyici addımlar atırlar. Bu baxımdan əlbəttə Azərbaycan daha çox özünün xarici siyasi kursunu Avropa İttfaqı ilə yaxınlaşdırmalı, onunla münasibətləri daha fərqli bir müstəviyə keçirməli, eyni zamanda Türkiyə ilə münasibətləri sabit saxlamalıdır. NATO da bir dövləti kimi Azərbaycanın təhlükəsizliyində qarant rolunu oynaya bilər. Bu inkişaf etdirilməlidir. Əks halda Rusiyanın təsirləri və təhdidləri bizim üçün də bir problemə çevrilib".

Rusiya Ukrayna müharibəsi fonunda Azərbaycana edilən təhdidlərə ABŞ-ın mövqeyinə gəlincə, Nəsimi Məmmədli deyir ki, əslində Azərbaycan indiyə qədər Rusiyanın açıq təcavüzü ilə üzləşməməsində ABŞ-ın bölgədəki rolu, apardığı siyasətin ciddi rolu var.

"Əgər Rusiya ABŞ-dan, NATO-dan çəkinməsəydi yəqin ki, bu ərazilərdə də daha ciddi təxribatlar törədə bilərdi. Xüsusilə, Gürcüstanda bunu etmək üçün imkanı var idi. Amma görürsünüz edə bilmədi. Ermənistanda siyasi hakimiyyəti çalışdı ki, devirsin, edə bilmədi. Yəni ABŞ-ın bizim regionda sabitliyin qorunmasında, təhlükəsizliyin qorunmasında rolunu çox yüksək qiymətləndiririk. Əlbəttə, bu olmayacağı təqdirdə biz daha böyük təhdidlərlə üz-üzə qala bilərik. Amma bunun üçün ikitərəfli addımlar atılmalıdır. Azərbaycan tərəfindən ABŞ-la münasibətlərin daha üst səviyyəyə çıxarılması üçün müəyyən addımların atılmasına zərurət var. Bu, insan hüquqları, ölkədə Vətəndaş cəmiyyətinin inkişafı sahəsində, çoxpartiyalı siyasi sistemin cəmiyyətdə gerçək oturması istiqamətində real addımların atılması, eyni zamanda hərbi, siyasi əmıkdaşlığın genişlənməsi, demokrütik dəyişikliklərin aparılmasından keçir".

Milli Məclisin deputatı Rasim Musabəyov Amerikanın Səsinə bildirir ki, Rusiyanın Ukraynaya hücumu qonşularına da müəyyən təhlükələri vəd edir.

please wait

No media source currently available

0:00 0:03:26 0:00

O hesab edir ki, Rusiya ilə münasibətdə Cənubi Qafqaz ölkələri riskli addımlar atmır.

"Biz bu məsələləri kənardan seyr edə bilmərik. Tək Azərbaycan üçün yox, bütün Cənubi Qafqaz üçün, bütün postsovet ölkələri üçün Rusiyanın Ukraynaya hücumu və onun nəticəsi, bu hücuma beynəlxalq reaksiya demək olar ki, necə ki, vaxtilə SSR dağılmışdı. Faktiki olaraq bizim gözümüzün qabağında postsovet məkanı da dağılmaq ərəfəsindədir. İndi Rusiyaya münasibətlər Cənubi Qafqazda fərqlidir. Ermənistan Rusiyanın müttəfiqidir. Baxmayaraq ki, Paşinyanın bir gözü Qərbdədir. Ancaq Rusiyanın forpostluğundan çıxa bilməyib. Gürcüstanın baxmayaraq ki, Rusiya ilə ciddi problemləri var. Hətta diplomatik əlaqələri yoxdur. Ancaq ehtiyyatlı bir mövqedən çıxış edir. Ruisyanın Ukraynaya hücumunu pisləsələr də belə adını çəkmədilər. Ümumən ərazi bütövlüyünün müdafiəçisi kimi biz də, Azərbaycan da, Gürcüstan da çıxış edərək eyni zamanda açıq şəkildə Rusiyaya qarşı çıxa bilmirik. Ona görə ki, hamı anlayır ki, kifayət qədər böyük risklər var. Ancaq xeyli həm gürcülər, həm kifayət qədər böyük sayda azərbaycanlılar ukrayna ordusu çərçivsində Rusiyanın işğalçı qüvvələrinə qarşı mübarizədə döyüşdə iştirak edirlər. 16 nəfər gürcü dünyasını dəyişib bu müharibədə. Bir neçə azərbaycanlı Ukrayna qəhrəmanı adını qazanıb".

Rasim Musabəyov
Rasim Musabəyov

Millət vəkili bildirir ki, ictimai rəy baxımından azərbaycanlıların böyük əksəriyyəti tamamilə Ukraynanın tərəfindədir.

"Azərbaycan dövlət kimi Ukraynaya kifayət qədər böyük həcmdə hümanitar yardım göstərib. Mənə elə gəlir ki, Azərbaycan höküməti Azərbaycan ictimaiyyətin ictimai rəyini nəzərə alıb. Ancaq təkrar edirəm bizim bu müharibəyə hansısa bir şəkildə açıq dəstək vermək, ya Rusiyaya qarşı çıxmaq, ya da Ukraynaya hərbi kömək etmək Cənubi Qafqaz ölkələrin imkanlarından uzaqdır".

Deputat düşünür ki, müharibənin nəticəsindən aslı olmayaraq, postsovet məkanı tam şəkildə transformasiya olunacaq.

"Ona görə ki, Rusiyanın müharibədən qalib çıxacağı inandırıcı deyil. Ancaq Ukraynanın müəyyən ərazilərinə nəzarəti saxlayaraq sanksiyalardan çıxmayacaq. Rusiyanın təzyiq altında qalmağı qaçılmazdır. Ancaq tam uduzduğu halda Rusiyanın postsovet məkanına nüfuz etmək imkanları aradan qaldırılacaq", Musabəyov qeyd edib.

Qeyd : Azərbaycan xarici işlər nazirinin müavini Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Polşa sədrliyi tərəfindən Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı Ukraynadakı vəziyyətə toxunub.

Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, xarici işlər nazirinin müavini Araz Əzimov Ukraynada və ətrafındakı vəziyyətin ciddi narahatlıq doğurduğunu qeyd edib.

"Vəziyyətin gərginləşməsinin itkilərin olmasına səbəb olduğu qeyd edilərək, həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı bildirilib.

Mövcud vəziyyətin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, habelə ATƏT məkanında təhlükəsizliyin bölünməzliyi əsasında dinc və diplomatik yollarla həllinin vacib olduğu vurğulanıb.

Mövcud durumda vəziyyətin daha da pisləşməsinin qarşısının alınması üçün təxirəsalınmaz dialoqa çağırış edilib" , Xarici Işlər Nazirliyinin Mətbuat xidməti idarəsi bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. MAQATE Zaporojye AES-də nüvə təhlükəsi olmadığını bildirir
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG