Accessibility links

Finiks şəhərinin istilik mücadiləsi


Finiks şəhərinin istilik mücadiləsi
please wait

No media source currently available

0:00 0:02:45 0:00

Finiks şəhərinin istilik mücadiləsi

Arizona ştatının Finiks şəhəri ABŞ-ın ən isti mərkəzlərindən biridir. Son iki ilin hər birində şəhər və onun ətrafında 300-dən çox insan istiliklə bağlı səbəblərdən ölüb. Finiks indi dəyişən iqlimlə mübarizə yollarını axtaran çoxsaylı şəhərlərə qoşulub.

İşçilər ABŞ-ın Arizona ştatının Finiks şəhərinin sakinlərinə su və soyuducu ləvazimatları paylamaq üçün gündə iki dəfə toplaşır. Burada gündüz temperatur 43 dərəcə Selsi və ya 110 dərəcə Fahrenheit olur.

Finiks sakini Emilio Rodriquez:

"Hər gün, hər gün 113 [45 Selsi], 114 [45.5 Selsi], 116 [46.6 Selsi]. Çox, çox istidir. Caliente! (İspan dilində "isti" deməkdir)"

Devid Hondula şəhərin istilik reaksiyası və təsirlərinin azaldılması ofisinin direktorudur.

"Şübhəsiz ki, gecələrimizin gündüzlərdən daha sürətli isindiyini, yay mövsümümüzün uzandığını gördük. Bizə 1990-cı ildə qoyulmuş yüksək temperatur rekordunu sındırmamaq çox şanslı oldu".

Həmin il temperatur 50 dərəcəyə çatmışdı. 5000-dən çox evsiz insan üçün güclü istilər ölümcül ola bilər. Bəziləri maşınlarda sığınacaq tapır. Digərləri parklarda və ya səkilərdə çadırlar qurur. Burada həftədə üç dəfə onları müvəqqəti sığınacaqlarından çıxmağa məcbur edərək təmizlik işləri aparılır. Şəhər işçiləri mənzil tapmaqda onlara yardım təklif edir.

Sosial Xidmət üzrə işçisi Mia Stanford:

"Onlar ya zəng edə, mənə elektron məktub göndərə, mesaj yaza bilərlər ki, onları küçədən götürüm".

Ancaq kirayə qiymətləri temperatur kimi sürətlə artır və kifayət qədər əlverişli mənzil yoxdur. Kitabxanalarda və müəssisələrdə soyutma və nəmləndirmə mərkəzləri yaradılır, şəhər mərkəzində insanların istidən qısa müddətə qaçaraq sərinləşə və pulsuz bir şüşə su ala biləcəyi yerlər də var.

Bəzi yollarda istiliyi əks etdirən qoruyucu örtük var. Minlərlə ağac əkilsə də, bir çox məhəllələrdə onlar kifayət qədər kölgə yaratmır.

Fenix istilik reaksiyası ofisinin direktoru bu soyutma texnologiyalarını və texnikalarını təbliğ edir və həssas aztəminatlı əhalini hədəfləyir.

"Əlverişli mənzilə investisiyalar və yeni sığınacaqlara sərmayələr üçün böyük işlər görməliyəm, çünki bunlar insanların uzun müddətdə istiliklə bağlı xəstəliklərdən xilas olmasında həqiqətən kömək edəcək sərmayələrdir."

Bələdiyyə səviyyəsində istilik işləri aparan digər şəhərlərə Mayami, Yunanıstanın Afina, Sierra Leonenin Fritaun və ABŞ-ın Los Anceles daxildir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG