Accessibility links

Ukrayna Rusiyanı mülki hədəflərə yeni zərbələr endirməkdə ittiham edir


İyulun 21-də Xarkivdə Barabaşovo bazarına hücum nəticəsində ölən kişinin həyat yoldaşı.
İyulun 21-də Xarkivdə Barabaşovo bazarına hücum nəticəsində ölən kişinin həyat yoldaşı.

Rusiya xarici işlər nazirinin Moskvanın Ukraynadakı müharibəsini Donbasdan kənara genişləndirdiyi barədə xəbərdarlıq etməsindən bir gün sonra Rusiya qüvvələri yenidən Ukrayna şəhərlərinə uzun-mənzilli artilleriya ilə zərbə endirirlər.

Ukrayna rəmiləri cümə günü deyib ki, Rusiya bir neçə rayona, o cümlədən Ukraynanın ikinci ən böyük şəhəri Xarkivdə bir bazara zərbə endirib. Nəticədə üç nəfər ölüb, 23 nəfər yaralanıb.

Bölgə qubernatoru Oleq Sinequbov deyib ki, ölənlər arasında bir uşaq var. Polis və digər rəsmiləri isə həmin ərazidə heç bir hərbi hədəflərin olmadığını bildirib.

“Rusiya ordusu Xarkivə, dinc yaşayış məntəqələrinə təsadüfi şəkildə atəş açır, mülki vətəndaşlar ölür,” mer İhor Terekov deyib.

Bundan əlavə cümə axşamı Donets bölgəsinin qubernatoru Pavlo Kirilendo Reuters xəbər agentliyinə bildirib ki, Rusiyanın raket hücumu nəticəsində Ukraynanın nəzarət etdiyi Kramatorsk və Konstiantinivkada iki məktəb dağılıb, bir raket isə Baxmut şəhərinə atılıb.

Bunlar Rusiya xarici işlər naziri Sergey Lavrovun dövlət mediasına Rusiyanın Birləşmiş Ştatlar və digər Qərb ölkələrinin Ukraynanı silahla təmin etməsi səbəbilə əməliyyatları genişləndirməyi nəzərdən keçirdiyini bildirməsindən bir gün sonraya təsadüf edib.

Ancaq Qərbin kəşfiyyat rəsmiləri Rusiyanın təhdidini həyata keçirmək imkanına şübhə ilə yanaşırlar.

“Məncə onlar həvəslərini itirmək üzrədilər,” Britaniyanın M16 kəşfiyyat xidmətinin başçısı Riçard Mur cümə axşamı Aspen Təhlükəsizlik Forumunda deyib.

“Bizim dəyərləndirməmiz odur ki, rusların növbəti həftələrdə canlı qüvvə və avadanlıq təmin etmələri çətinləşəcək,” o deyib. “Bu, ukraynanılara cavab zərbələri endirməyə imkan verəcək.”

Estoniyanın xarici kəşfiyyat idarəsinin rəhbəri də çərşənbə günü bənzər fikirlər səsləndirib.

“Mən Ukraynanı axır-əvvəl Ukraynadakı rus ordusunu məğlub edəcəyindən ehtiyatlı şəkildə arxayınam,” Mikk Marran Aspen Forumunda deyib.

“Bu asan olmayacaq. Bu vaxt alacaq və bəlkə də Ukrayna bütün işğal olunan torpaqları geri ala bilməyəcək, amma strateji baxımdan Putin uğur qazanmayacaq,” o əlavə edib.

Britaniyanın müdafiə nazirliyi cümə axşamı bildirib ki, Rusiya qüvvələri Donbas bölgəsində cəbhə xətti boyunda kiçik miqyaslı hücumlar etməyə davam edib.

Nazirlik gündəlik brifinqində deyib ki, Rusiya Donetskin şimal-şərqində Vuhlehirksa elektrik stansiyasına yaxınlaşır və Rusiya qüvvələri kritik infrastrukturları ələ keçirməyə prioritet verir.

ABŞ çərşənbə axşamı Ukraynaya dörd əlavə raket sistemi, habelə əlavə artilleriya mərmiləri göndərmək planını açıqlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG