Accessibility links

Baydenin həkimi prezidentin COVID-19 simptomlarının yüngül olduğunu, səhhətinin yaxşılaşdığını bildirib


Prezident Co Bayden Vaşinqtonda Ağ Evdə iqamətgahında milli təhlükəsizlik komandası ilə telefonla danışır, 22 iyul 2022.
Prezident Co Bayden Vaşinqtonda Ağ Evdə iqamətgahında milli təhlükəsizlik komandası ilə telefonla danışır, 22 iyul 2022.

ABŞ prezidentinə keçən cümə axşamı yüngül simptomlarla COVID-19 diaqnozu qoyulub

Prezident Co Baydenin səhhəti keçən cümə axşamı COVID-19 diaqnozunun qoyulmasından sonra xeyli yaxşılaşıb və xəstəliyin əsas simptomu indi boğaz ağrısından ibarətdir. Bu barədə bazar günü ABŞ prezidentinin həkimi bildirib.

Doktor Kevin O'Konnor prezident Baydenin ağ ciyərlərində problemin olmadığını qeyd edib.

“Onun nəbzi, qan təzyiqi, tənəffüsü və temperaturu normal olaraq qalır,” həkim bazar günü açıqlayıb.

“İndi onun əsas simptomu boğaz ağrısından ibarətdir,” o əlavə edib.

Ağ Evin COVID-19 üzrə koordinatoru Aşiş Jha bazar günü bundan öncə Baydenlə təmasda olduğu müəyyən edilmiş 17 nəfərdən heç birinin koronavirus testinin bu günə qədər müsbət nəticə vermədiyini qeyd edib.

Ağ Ev 79 yaşlı prezident Baydenin simptomlarının yüngül olduğunu bildirib. Baydenin koronavirusun yeni BA.5 ştammına yoluxduğu müəyyən edilib. Diaqnoz ABŞ-da koronavirusun yeni yayılması ilə əlaqədar yeni yoluxma hallarının artması fonunda qoyulub.

Prezident Bayden ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin tövsiyələrinə uyğun olaraq, Ağ Evdə təcrid olunmağa davam edir.

Ağ Ev Baydenin xəstəliyi asanlıqla keçirdiyini vurğulayıb. ABŞ prezidenti cümə axşamı amerikalılara özünü yaxşı hiss etdiyini dediyi video yayımlayıb və cümə günü Ağ Evin əməkdaşları ilə virtual görüşlərdə iştirak edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG