Accessibility links

ABŞ generalı Azərbaycan Müdafiə Nazirliyinin Tibb İdarəsində olub


ABŞ generalı Azərbaycan Müdafiə Nazirliyinin Tibb İdarəsində olub (Foto Müdafiə Nazirliyinindir)
ABŞ generalı Azərbaycan Müdafiə Nazirliyinin Tibb İdarəsində olub (Foto Müdafiə Nazirliyinindir)

ABŞ ilə Azərbaycan arasında ikitərəfli hərbi əməkdaşlığa və "Ştatla Tərəfdaşlıq Proqramı"na dəstək çərçivəsində Bakıda səfərdə olan ABŞ Quru Qoşunlarının Avropa və Afrika Komandanlığının Quru Qoşunları Milli Qvardiyası komandanının müavini general-mayor Maykl Vikmanın rəhbərlik etdiyi nümayəndə heyəti hərbi hissə və Müdafiə Nazirliyinin Tibb İdarəsini ziyarət edib.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, tərəflər arasında keçirilən görüşlərdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq, eləcə də Oklohoma ştatı ilə "Ştatla Tərəfdaşlıq Proqramı"nı əhatə edən fəaliyyətlər çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin iyulun 26-da yaydığı məlumatda Maykl Vikmanın səfər zamanı Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycanla hərbi tibb və kibertəhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın gücləndirilməsini müzakirə edəcəyi bildirilib.

XS
SM
MD
LG