Accessibility links

Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə yenidən xəbərdarlıq edib - ekspert rəyi


Azərbaycan Baş Prokurorluğu sosial şəbəkə istifadəçiləri Səxavət Məmmədov, Rövşən Məmmədov, Zülfüqar Ələsgərov, Elgün Rəhimov, Füzuli Qəhramanı, Zeynal Baxşiyev və Ruslan İzzətliyə xəbərdarlıq edib.

Baş Prokurorluğun Mətbuat xidmətinin iyulun 30-da yaydığı məlumatına görə, aparılan monitorinqlərlə müəyyən edilib ki, mediada informasiyanın dərc olunması zamanı bəzi hallarda “Media haqqında” Qanunun tələbləri, yəni faktların və hadisələrin qərəzsiz və obyektiv təqdim olunması, birtərəfliliyə yol verilməməsi haqqında tələblərə riayət olunmayıb.

“İctimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün aidiyyəti şəxslər Baş prokurorluğa dəvət olunmaqla barələrində prokuror təsir tədbirləri görülüb. Belə ki, Səxavət Məmmədov, Rövşən Məmmədov, Zülfüqar Ələsgərov, Elgün Rəhimov, Füzuli Qəhramanı, Zeynal Baxşiyev və Ruslan İzzətliyə “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib,” məlumatda qeyd edilir.

Baş Prokurorluq media subyektləri və sosial şəbəkə istifadəçilərinə müraciət edərək bir daha bildirib ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatların yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Xəbərdarlıq edilən media subyektləri və sosial şəbəkə iştirakçıları prokurorluğun məlumatına hələ münasibət bildirməyib.

Bununla yanaşı, Ruslan İzzətli Amerikanın Səsinə bildirib ki, Baş Prokurorluğa çağırılmasının əsas səbəbi kimi iyunun 26-da Facebook səhifəsində hərbçilər və müharibə iştirakçılarının problemləri haqda yazdığı status göstərilib. O, iyulun 28-də şifahi xəbərdarlıq edilib.

İzzətlinin fikrinncə, Baş Brokurorluğun xəbərdarlığı ifadə azadlığını pozur.

“Baş Prokurorluq bu xəbərdarlıqlarla sanki ölkədə senzuranı bərpa edir. Bu birbaşa siysi təzyiqdir” - o, Amerikanın Səsinə bildirib.

Media hüquqları üzrə ekspert Ələsgər Məmmədli Amerikanın Səsinə deyib ki, Baş Prokurorluq ifadə azadlığının senzoru rolunda çıxış etməməlidir.

“Çünki Azərbaycan Konstitusiyasına görə ifadə azadlığı önəmli bir hüquq kimi tanınır. Buna aid gətirilə biləcək məhdudiyyətlər yalnız qanunla, aydın və öncədəngörülən məhdudiyyətlər olmalıdır. Əgər, qadağan olunmuş məlumat deyilirsə, bunun bir ağlabatan izahı yoxdursa, daha öncə qanunda bu açıq şəkildə göstərilməyibsə, kim prokurorluğun yaydığı məlumatın qadağan olunub-olunmadığını necə biləcək? Qanunvericiliyə görə, dövlətin mənafeyi “Dövlət sirri haqqında” qanunla qorunur. Həmin qanunda dövlət sirri təşkil edən məlumatlar göstərilib və həmin məlumatların yayılması cinayət məsuliyyəti yaradır.”

Ələsgər Məmmədli: Baş Prokurorluq ifadə azadlığının senzoru rolunda çıxış etməməlidir
please wait

No media source currently available

0:00 0:02:03 0:00
Direct link

Ekspertin fikrincə, qanuna 2017-ci ildə süni şəkildə inzibati məsuliyyət məsələsi gətirilərək Azərbaycan hüquq sistemini alt-üst ediblər.

“Faktiki olaraq istər xəbərdarlıq sistemi olsun, istərsə də xəbərdarlıq edib inzibati həbs edilmə tətbiqi olsun, bunlar mahiyyət etibarı ilə vətəndaşların, jurnalistlərin, blogerlərin azadlıq hüququnu məhdudlaşdırır. Bütün bunlar Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin (İfadə azadığı) və Azərbaycan Konstitusiyasının pozuntusu şəklində baş verir,” ekspert prokurorluğun məlumatını belə xarakteizə edib.

Baş Prokurorluq iyulun 27-də də sosial şəbəkələrdə orduda baş verən hadisələrlə bağlı paylaşım edən bir sıra şəxslərə xəbərdarlıq edib.

Hərbi bloger kimi tanınan Tofiq Şahmuradov isə ordu ilə bağlı yazılarına görə inzibati qaydada bir ay müddətinə həbs olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG