Accessibility links

Seymur Həzi: Əməkdaşlığımız Qərb ölkələri ilə olmalıdır. Bu, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə töhvə verən bir amildir


Seymur Həzi: Əməkdaşlığımız Qərb ölkələri ilə olmalıdır. Bu, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə töhvə verən bir amildir
please wait

No media source currently available

0:00 0:07:18 0:00

Seymur Həzi: Əməkdaşlığımız Qərb ölkələri ilə olmalıdır. Bu, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə töhvə verən bir amildir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi Amerikanın Səsinə müsahibəsində Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində anlaşma memorandumunun regional təsirlərindən, o cümlədən Azərbaycanın xarici və daxili siyasətində gedən son proseslərdən danışıb.

Amerikanın Səsi: Bu yaxınlarda Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində anlaşma memorandumu imzalanıb və Avropanin Komissarı Ursula Von Der Leyen tərəflər arasında yeni sazişin yaxın zamanlarda imzalanacağının anonsunu verib. AXCP Avropa İtiifaqı ilə enerji sahəsində əməkdaşlığı necə görür? Hökumətin mövqeyindən fərqli fikirləriniz varmı?

Seymur Həzi: AXCP hesab edir ki, Azərbaycan yerləşdiyi bölgənin təhlükəsizlik və enerji məsələləri ilə bağlı çağırışlarına da müsbət cavab verməlidir. Bu istiqamətdə təbii ki, bizim əməkdaşlığımız daha çox Qərb ölkələri ilə olmalıdır. Bu, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə töhfə verən bir amildir. Amma bununla belə demokratiya və insan hüquqları məsələsi də kölgədə qalmamalıdır. Enerji məsələləri, daxili təhlükəsizlik məsələlərini üstələməməlidir. Azərbaycan Avropa məkanının bir tərkib hissəsidir. İnsan haqları və demokratiya məsələsi öncəlik olaraq qalmalıdır.

Amerikanın Səsi: Sizcə Avropa İttifaqı Azərbaycanda demokratik islahatların həyata keçirilməsinə və insan haqlarının qorunmasına yetərincə diqqət yetirirmi?

Seymur Həzi: Son iki ayın ərzində bir neçə müxalif və müstəqil fəallar təqibə məruz qalıb. Son altı ay ərzində bir neçə müstəqil müxalif fəal həm təqiblərə məruz qalıb, həm də işgəncələrə məruz qalıblar. Bunlarla bağlı ayrı-ayrı faktlar təbii ki, ictimaiyyələşib. Çox təəssüflər olsun ki, biz hələ də Azərbaycan cəmiyyətini qane eləyəcək bir hansısa prosesi görmürük bu istiqamətdə. Müəyyən ola bilsin ki, ştrixlər var. Ancaq bu ştrixlər Azərbaycanın Avropa İttifaqı ilə, Avropa strukturları ilə, AŞPA-nın qarşısındakı öhdəliklərini yerinə yetirərək bir fəaliyyət içərisində olduğunu göstərməyə bizə imkan vermir. Bizim üçün başlıca meyar budur ki, Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının kriteriyalarına görə götürdüyü bütün öhdəliklərinə cavab verməlidir. Bu öhdəlikləri Azərbaycan Respublikası götürüb. Cavab verməlidir. Avropa strukturları da hazırkı hakimiyyətlə hər hansı bir əməkdaşlıq etmək məcburiyyətində qaldıqları halda belə, insan hüquq və azadlıqlarının hansı kriteriyalara cavab verdiyinə ilk növbədə diqqət yetirməlidirlər. Çünki onlar Azərbaycan Respublikasının vətəndaşlarının təsisatçısı olduğu Azərbaycan dövləti ilə əməkdaşlıq edirlər. Bunu hakimiyyətlə əməkdaşlıq kimi başa düşməməlidirlər.

Amerikanın Səsi: Rusiyanin Ukraynaya hücumundan sonra beynəlxalq münasibətlər sistemində yeni düzən qurulmaqdadır. Azərbycan öz təhlükəsizliyini təmin etmək üçün hansı addımları atmalıdır? Azərbaycan müxalifətinin ölkənin xarici siyasətinin yeni çağırışlara uyğun formalaşmasına təsir mexanizmləri varmı?

Seymur Həzi: Ümumiyyətlə, Azərbaycan ictimai fikri, dövləti daha çox yeni dünyanın gətirdiyi tələblərə cavab vermək istiqamətində məşğul olmalıdır. Bu tələblər Azərbaycanın yerləşdiyi coğrafiya etibarı ilə istər cənubdan, istər şimaldan əhatə olunduğu təhlükəsizlik məsələlərini nəzərdən keçirməlidir. Azərbaycanda mən belə başa düşürəm ki, əksər siyasi şərhçilər, analitiklər hesab edirlər ki, Azərbaycan Qərb bloku ilə birlikdə sinxron işləməlidir. NATO ilə münasibətlərini yaxşılaşdırmalıdır. NATO ilə münasibətlərini yaxşılaşdırma istiqamətində Türkiyənin dəstəyindən istifadə etməlidir. Amma başlıca olaraq bizim üçün hal-hazırda Ukrayna cəbhəsində ön xəttə olan dövlətlərlə münasibətlərimizi yaxşı qurmalıyıq. Biz yeni təhlükəsizlik bloku barəsində dünya fikirləşəcəksə biz də sinxron fikirləşməliyik. Azərbaycan yeni dünya düzənində artıq köhnə konnektura ilə davam edə bilməz. Bunun üçün də mütləq Ukraynada, Rusiyanın apardığı siyasətin nəticəsinə uyğun olaraq, yəni o nəticə ki, həm Rusiyanı sıradan çıxarmağa yönəlib, həm bir çox Qafqaz ölkələri ilə bağlı təhlükələr əxz eləməkdədir, həm postsovet ölkələri, Baltik ölkələri ilə bağlı əxz eləməkdədir. Bu siyasətin mümkün təhlükəli nəticəsini təhlil eləməlidir. Bu təhlükəli nəticə də üzləşməmək üçün mütləq addımlar atmalıdır. Bu addım isə dediyim kimi Qərb bloku ilə sinxron təşkil olunmalıdır.

Amerikanın Səsi: Ölkə daxilində korrupsiya ilə mübarizə çırçivəsində bir sıra məmurlar yenə həbs edilir. Sizcə ölkədə korrupsiya ilə yetərincə mübarizədə aparılırmı? Korrupsiyanın səviyyəsinin azaldılması üçün daha hansı köklü addımlar atılmalıdır?

Seymur Həzi: Korrupsiya ilə mübarizənin tək bir effektiv yolu var. O da adamları həbs eləmək deyil. Ümumiyyətlə korrupsiya ilə mübarizənin yeganə effektiv mübarizə metodu korrupsiya ilə məşğul olmamaqdı. Azərbaycan höküməti korrupsiyadan imtina etməlidir və bütövlükdə hakim sistem korrupsiyadan imtina eləsə kimlərisə həbs eləmək, kimlərinsə həbsini sonraya saxlamaq lazım gəlməyəcək. Mən bunu dırnaq içərisində mübarizə hesab edirəm. Düşünürəm ki, bu, sadəcə spekulasiyadır. Cəmiyyətin gözündən pərdə asmaqdı. Beynəlxalq təşkilatlara hansısa formada monopoliyaya qarşı guya gömrükdə hansısa islahatlar konteksində işlərin getdiyini göstərmək cəhdidir. Bütövlükdə isə bu elə köhnə sistemin davamıdır. Sistem qaldıqca adamlar gəlib onu yeniləyə bilməz. Sistemi dəyişmək lazımdır, monopoliyadan imtina etmək lazımdır, məmur özbaşınalığından imtina etmək lazımdır. Ümumdünya Ticarət Təşkilatına üzv olmaq lazımdır. Avropa İttifaqının qəbul elədiyi kriteriyaları qəbul eləmək lazımdır. Əgər Azərbaycan höküməti Ümumdünya Ticarət Təşkilatına üzv olacaqsa, gömrük məsələlərində şəffaflığı, daxildə monopoliyanı ləğv edəcəksə, biz hansısa islahatların getdiyindən danışa bilərik. Amma bu sadəcə sistem daxili mübarizədir.

Qeyd: Bu AXCP sədrinin müavini Seymur Həzinin fikirləridir. Öz növbəsində, rəsmi qurumlar insanların qanun qarşısında bərabər olduğunu, fundamental hüquqların tam təmin edildiyini bildirir. Rəsmi Bakı insanların siyasi əqidəsinə görə təqib olunmadığını bəyan edir. Bundan əlavə, Azərbaycan hakimiyyəti ölkədə korrupsiya ilə mübarizədə ciddi işlərin görüldüyünü deyir.

İyulun 18-də Bakıda "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb.

Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen imzalayıb.

Daha sonra onlar mətbuata bəyanatla çıxış edib.

"Bugünkü memorandum bizim aramızda imzalanmış ilk sənəd deyil. Biz 2006-cı ildə Anlaşma Memorandumu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı birgə bəyanat imzalamışıq. Beləliklə, bizim yaxşı əməkdaşlıq tariximiz və yaxşı nailiyyətlərimiz var. Azərbaycanın irəli sürdüyü və Aİ tərəfindən və bizim tərəfdaşlarımız tərəfindən dəstəklənən enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişib" , Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Onun sözlərinə görə, enerji təhlükəsizliyi məsələləri bu gün hər zamankından daha vacibdir.

"Bu il biz Avropa İttifaqı və Azərbaycan arasında neft və qaz, bərpa olunan enerji və digər məsələlər də daxil olmaqla, bir çox sahələri əhatə edən enerji dialoquna başladıq" , Əliyev qeyd edib.

Daha sonra İlham Əliyev Azərbaycanda bərpa olunan enerji istehsalına toxunub.

Prezident bildirib ki, artıq külək və günəş enerjisinə dair investisiya layihələrinə başlanılıb.

"Biz artıq külək və günəş enerjisinə investisiya yatırmağa başlamışıq. İmkanlarımızın ilkin qiymətləndirməsini həyata keçirmişik. Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilmiş rayonlarında külək və günəş enerjisinin potensialı 9200 meqavat, Xəzər dənizində külək enerjisinin potensialı isə 157 meqavatdır. Bizim resurs bazamız həqiqətən də böyükdür" , dövlət başçısı deyib.

Öz növbəsində Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen bildirib ki, Rusiyanın Ukraynaya qarşı başladığı işğal müharibəsindən əvvəl belə Rusiya etibarlı enerji tərəfdaşı deyildi.

"Buna görə də Aİ Rusiyadan əlavə enerji mənbələrinin diversifikasiyasına yönəldi, daha etibarlı və güvənili tərəfdaşlarla işləməyə başladı. Azərbaycanın bizim güvəndiyimiz tərəfdaşlar arasında olmasına şadam. Siz bizim üçün çox vacib enerji tərəfdaşısınız və həmişə etibarlı olmusunuz", kommisar qeyd edib.

Onun sözlərinə görə, bu memorandum Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığı daha da gücləndirəcək.

Ursula Fon der Leyen ilkin olaraq memorandumun 3 əsas bəndini qeyd edib.

"Azərbaycandan qaz ixracını iki dəfə artıracağıq. Bu sənəd vasitəsilə Cənub Qaz Dəhlizinin genişləndirilməsinə sadiqliyimizi ifadə edirik. Bu layihə artıq Avropa İttifaqı üçün çox önəmlidir. Hər il ərzində 8 milyard kub metr qazı Avropaya ötürük, yaxın illərdə onun həcmini 20 milyard kub metrə çatdıracağıq. Gələn il həcmi 12 milyard kub metrə çatdıracağıq və bu, Rusiyadan kəsilən qazı kompensasiya etməyə və Avropanın enerji təminatına əhəmiyyətli töhfə verəcək".

Komissar Anlaşma Memorandumunda ikinci əsas məqamın, bərpa olunan enerji ilə bağlı olduğunu vurğulayıb.

Ursula von der Leyen bərpa olunan enerji sahəsində Azərbaycanın çox böyük potensialının olduğunu diqqətə çatdırıb: “Bu gün biz bu sahədə yeni tərəfdaşlığın əsasını qoyuruq və bütün qaz təchizatı zənciri boyunca metan emissiyalarını azaltmağı öhdəmizə götürürük. Mən Azərbaycanı təşviq edirəm ki, metan qazından imtina ilə bağlı 119 ölkənin qoşulduğu razılaşmaya da qoşulsun” Avropa Komissiyasının rəhbəri vurğulayıb.

O daha sonra humanitar əməkdaşlığın və Aİ-nin vətəndaş cəmiyyəti və müstəqil medianın dəstəklənməsində iştirakının zəruriliyini qeyd edib.

"Biz bu məqsədlər üçün 2,5 milyon avro ayırmışıq," o, qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. MAQATE Zaporojye AES-də nüvə təhlükəsi olmadığını bildirir
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG