Accessibility links

Vahid Məhərrəmli: Azərbaycan özünün ərzaq buğdasına olan tələbatını ödəyə bilmir


Aqrar İslahatlara Dəstək İctimai Birliyinin rəhbəri Vahid Məhərrəmli

Aqrar İslahatlara Dəstək İctimai Birliyinin rəhbəri Vahid Məhərrəmli Amerikanın Səsinə müsahibəsində Aərbaycanın ərzaqlıq buğda ilə özünütəminetmədəki prblemlərdən, o cümlədən buğda istehsalını artırmaq üçün atılacaq addımlardan danışıb.

Amerikanın Səsi: Bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyev Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında fərman imzalayıb. Bu tədbirlər hası zərurətdən irəli gəlir?

Vahid Məhərrəmli: Ümumiyyətlə Azərbaycan təəssüflər olsun ki, özünün ərzaq buğdasına olan tələbatını ödəyə bilmir. Təxminən 20 faizdir. Bunu ölkə başçısı da dilə gətirib. Yəni ümumuilikdə bizim apardığımız araşdırmalar da göstərir ki, Azərbaycanda ərzaq buğdası istehsalı çox azdır. Bu günlərdə bildiyiniz kimi dünya bazarında ərzaqlıq buğda təchizatı ilə bağlı çox ciddi problemlər yaranır. Yəni Qara dəniz bölgəsində yaranan logistik prblemlər nəticəsində bir sıra ölkələr demək olar ki, taxıl məhsullarına olan təlbatını ödəyə bilmirlər. Həm də dünya bazarında təsəvvür edin buğdanın qiyməti son bir ildə 100 dollardan çox bahalaşıb. Azərbaycan bu ilin yarım ilində keçən ilin yarım ili ilə müayisədə idxal etdiyi buğdanın dəyəri 100 dollar hər ton üçün bahalaşıb. Yəni bu da əslində demək olar ki, buğdaya olan bir tərəfdən tələbatın ödənilməsi, digər tərəfdən dünya bazarında buğda ilə bağlı ajiotajın yaranması və həmçinin qiymətin bahalaşması. Bu kimi problemlər əlbəttə Azərbaycanı buğda istehsalı ilə ciddi məşğul olmağa vadar edir.

Vahid Məhərrəmli: Azərbaycan özünün ərzaq buğdasına olan tələbatını ödəyə bilmir
please wait

No media source currently available

0:00 0:05:55 0:00

Amerikanın Səsi: Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanda taxıl qıtlığı gözlənilmi? Siz necə düşünürsünüz?

Vahid Məhərrəmli: Deməli vəziyyət belədir.Azərbaycan Ukraynadan buğda idxal etmirdi. Azərbaycan əsasən Rusiyadan idxal edir və bu il bir hissəsini də Qazaxıstandan idxal edir. Azərbaycan üçün buğda idxalı üçün elə bir ciddi porblem hələ ki yaranmayıb. Əgər Rusiyada problem yaranarsa , bir hissəsini Qazaxıstandan idxal edə bilərik. Ancaq ümumilikdə Azərbaycan idxal etdiyi buğdanın həcmi çox yüksəkdir. Yəni təxminən 1,5-1,6 milyon tona çatır. Yəni burada risk kifayət qədər yüksəkdir. Əgər gələcəkdə bizi bu gün buğda ilə müəyyən qədər ixrac edən Rusiyada problemlər yaranarsa Azərbaycan üçün çox ciddi problemlər yarana bilər. Onu da deyim ki, Rusiyanı gələcəkdə buğda istehsalı ilə bağlı ciddi problemi yaranacaq. Bu nə ilə bağlıdır? Rusiya əsasən toxumluq buğdanı xaricdən idxal edir. Əgər Rusiyaya həmin toxum materiallarını ixracına müəyyən məhdudiyyətlər qoyulsa , qadağa tətbiq edilsə Rusiyada məhsuldarlıq kəskin şəkildə aşağı düşəcək. Rusiya yalnız özünü təmin edə biləcək həcmdə buğda istehsal edə biləcək . Onu da deyim ki, Qazaxıstanın da imkanları məhduddu. Son zamanlar da onlar da istehsalı azldıb. Və bu Azərbaycan üçün ciddi problem yarada bilər. Ona görə də Azərbaycan hazır olmalıdır daxili istehsal hesabına heç olmasa özünün ərzaq buğdasına olan tələbatını 80 faiz ödəsin.

Amerikanın Səsi: Sizcə Azərbaycanda buğda istehsalını artırmaq üçün hansı gərəkli addımlar atmaq lazımdır?

Vahid Məhərrəmli: Bilirsiniz bizim araşdırmalarımız göstərir ki,bir sıra ölkələr demək olar ki, get gedə buğda istehsalında məhsuldarlığı artıra bilirlər. Nümunə deyim İsrail, Özbəkistan yəni Azərbaycanın torpaq iqlim şəraitinə uyğun olan ölkələrdir. Problem nədədir? Həmin ölkələrdə baxmayaraq ki, həmin ölkələrdə su resursu Azərbaycana nisbətən daha azdır. Onlar müasir suvarma sistemindən istifadə edərək, məhsuldarlığı artıra biliblər və su ehtiyatlarına qənaət edə biliblər. Yalnız su problemi deyil. Azərbaycanda bir sıra digər problemlər var. Azərbaycan təəssüflər olsun ki, seleksiya işindən, genetika işindən ciddi məşğul olmur və toxumçuluq bizdə zəifdir. Belə olan halda bilirsiniz məhsuldarlığı artırmaq mümkün olmayacaq. Bizim suyumuz ola bilər. Ancaq keyfiyyətli toxum materialı olmadığı halda biz məhsuldarlığı artıra bilməyəcəyik. Digər tərəfdən daha ciddi problemlərdən biri odur ki, Azərbaycanda kifayət qədər kadr yetişdirilməyib, hazırlanmayıb. O sahə ilə bağlı ciddi məşğul olan pəşəkarlar demək olar ki, az saydadır. Bu da bir porblem yaradır ki, bu problemlər öz həllini tapdıqdan sonra yalnız Azərbaycan adını sadaladığım ölkələr kimi məhsuldarlığı iki dəfə artıra bilər. Özünün nəyinki ərzaq buğdasına, ümumiyyətlə taxıl məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəyə bilər.

Xatırlatma

Azərbaycan Nazirlər Kabineti yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiymətini 2022-ci il üçün 580 manat müəyyən edib.

Nazirlər Kabineti bu qərarı Prezident İlham Əliyevin ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə qəbul etdiyi “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli fərmanının icrası istiqamətində görülən işlər fonunda verib.

Azərbaycan Prezidentinin fərmanı Rusiya-Ukrayna müharibəsi nəticəsində dünyada yaranmış ərzaq qıtlığı dövrünə təsadüf edir.

Prezident İlham Əliyev Azərbaycanda ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında fərmaında Kənd Təsərrüfatı Nazirliyinə tapşırıb ki, müasir suvarma sistemi qurulmuş təsərrüfatlarla ərzaq buğdasının istehsalı barədə müqavilə bağlasın. Həmin müqavilədə təsərrüfat qarşıdakı 5 il ərzində buğda əkəcəyi barədə öhdəlik götürməlidir və dövlət ona məhsul subsidiyası tətbiq edəcək

Ənənəvi olaraq buğda ölkədə ərzaq təhlükəsizliyinin təminatında əsas kənd təsərrüfatı məhsulu sayılıb.

2021-ci ildə ölkədə 595 min hektar ərazidə buğda əkilib, bu da ümumi əkin sahəsinin təxminən 40 faizinə bərabərdir. Ölkə üzrə buğda istehsalı 2021-ci il üzrə 1,9 milyon ton təşkil edib.

Dövlət Statistika Komitəsinin hazırladığı ən son ərzaq balansı məlumatlarına görə (2020-ci il üzrə), Azərbaycanın illik buğda tələbatı təxminən 3,5 milyon tondur. Ölkə ərzaq buğdası ilə özünü təmin etmə səviyyəsi 57 faizdir, daxili təlabatın bir hissəsi idxal hesabına ödənilir.

Ümumilikdə isə son illər ərzində idxal olunan buğdanın 80 faizdən çox hissəsini Azərbaycan Rusiyadan idxal edir. Ölkədə buğda idxalı 1 milyon tondan çox olub. Hazırda idxal buğdasının qiymətləri iki dəfədən çox artıb.

Azərbaycanda buğda istehsalı, idxalı, emalı və tədarükünə dövlət dəstəyi tədbirləri həyata keçirilir.

Azərbaycan Aqrar Tədqiqatlar Mərkəzi bildirir ki, 2021-ci il ərzində buğda əkinlərinin hər hektarına verilən subsidiya buğda əkininin maya dəyərinin təxminən 35-40 faizinə bərabər olub. 2022-ci ildən isə hektara subsidiyanın məbləği artaraq 210 manat təşkil edəcək. Bundan əlavə, buğda istehsalçılarına suvarma suyu subsidiyalaşmış qiymətlərlə təklif olunur. Fermerlərlə yanaşı un istehsalı ilə məşğul olanlar da ötən il ərzində dövlət tərəfindən ayrılan subsidiyalardan faydalanıblar. Belə ki, 2021-ci ilin fevral-sentyabr aylarında un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə 35 manat məbləğində subsidiya verilib.

Həmçinin buğda istehsalçıları, digər kənd təsərrüfatı məhsulları istehsalçıları kimi, torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddır. Bundan əlavə, ölkədə buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 2024-cü ilin yanvarın 1-nə qədər ƏDV-dən azad edilib. Bundan əlavə, un və buğdanın hər tonunun ixracı üçün 200 dollar həcmində ixrac rüsumu tətbiq edilir. Ölkədə buğda ehtiyatlarının lazımi səviyyəyə çatdırılması məqsədilə 2020-ci ildən başlayaraq tədarükçülərə subsidiyalı kreditlər ayrılır.

Azərbaycanda un istehlakı 2020-ci ildə adam başına orta hesabla 84,4 kiloqram olub.

Rəsmi məlumatlara əsasən un və çörək istehsalçıları ilə müzakirələrdən sonra qiymətlərin yuxarı hədləri müəyyənləşdirilib. Belə ki, 50 kiloqramlıq bir kisə unun topdansatış qiyməti 35,9 manat, 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 50 qəpik, 650 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti isə 65 qəpik müəyyən edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. MAQATE Zaporojye AES-də nüvə təhlükəsi olmadığını bildirir
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG