Accessibility links

ABŞ terror təhlükəsinin Əl-Qaidə liderinin öldürülməsi ilə aradan qalxmadığını bildirir


ABŞ terror təhlükəsinin Əl-Qaidə liderinin öldürülməsi ilə aradan qalxmadığını bildirir
please wait

No media source currently available

0:00 0:02:32 0:00

ABŞ terror təhlükəsinin Əl-Qaidə liderinin öldürülməsi ilə aradan qalxmadığını bildirir

Əl-Qaidə liderinin ABŞ-ın Əfqanıstanda raket hücumu nəticəsində öldürülməsi terror qrupunun rəhbərliyi üçün ciddi zərbə oldu. Lakin Əl-Zəvahirinin qətlinin Əl-Qaidənin Yaxın Şərqdə, Afrika və Asiyadakı şəbəkələrinə təsiri olacaqmı? Ekspertlər Əl-Zəvahirinin qətli ilə terror təhlükəsinin aradan qalxmadığını bildirir. Ağ Ev yeni terror təhlükələrini diqqətlə izlədiyini bəyan edir.

Ağ Ev Əl-Qaidə lideri Ayman Əl-Zəvahirinin hədəfə alındığı raket zərbəsi nəticəsində öldürüldüyünə “əmin” olduğunu bildirsə də, təhlükənin bununla neytrallaşmadığını bəyan edib.

Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi: “Onlar Şimali Afrikada, Saheldə, bütün Yaxın Şərqdə və Yəməndədir. Mən başa düşürəm ki, biz diqqətimizi Əfqanıstana yönəltmişik. Lakin biz eyni zamanda dünyanın qalan yerlərini də diqqətdə saxlayırıq”.

1988-ci ildə Usama bin Laden qrupu yaratdıqdan sonra Əl-Qaidə onilliklər ərzində qeyri-tolerantlıq, ABŞ və İsrailə nifrət ideologiyası altında birləşən və İslamın sərt təfsirini qəbul edən çoxsaylı şəbəkələr yaratmışdı.

“Əl-Qaidə ABŞ ərazisinə fəal şəkildə hücum planlaşdırmaya bilər, lakin ideoloji cəhətdən ABŞ-a qarşı olaraq qalır. Bu da o deməkdir ki, biz bu faktı nəzərdən qaçırmamalıyıq,” Vilson Mərkəzinin təhlilçisi Maykl Kugelman bildirir.

Bu, xüsusilə təşkilatın şəbəkələrinin çiçəkləndiyi Afrikaya aiddir.

“Mənim Baydenə və ABŞ hökumətinə məsləhətim odur ki, bəli, biz rəhbərliyi öldürə bilərik, amma düşünürəm ki, bu, terrorizmlə mübarizənin çox kiçik bir tərəfidir. Əslində terrorizmin faktiki olaraq arxasında duran faktorları, siyasi və iqtisadi faktorları aradan qaldırmağa diqqət yetirilməlidir,” Təhlükəsizlik Araşdırmaları İnstitutunun təhlilçisi Martin Evi qeyd edir.

Bununla belə, Əl-Qaidə liderinin ölümü bu qruplara təsir göstərəcək. Əl-Zəvahiri Bin Laden kimi xarizmatik lider sayılmasa da, intizamı ilə tanınırdı.

“Zəvahiri Sahel bölgəsindən Afrika Buynuzuna qədər və daha uzaqlarda daha geniş şəbəkəni, qrupları və filialları bir yerdə saxlamaqda təsirli idi. Yəqin ki, Ərəb Baharı və İslam Dövləti qrupunun yüksəlişi zamanı kimi dövrlərdə bu ittifaqın qorunub saxlanması onun sayəsində mümkün olmuşdur,” Soufan Qrupunun eksperti Kolin Klark bildirir.

Bəs bundan sonra nə olacaq? Prezident Bayden buna aydın cavab verib:

“Mənim administrasiyam, haradan qaynaqlanmasından asılı olmayaraq, Əl-Qaidə tərəfindən gələn təhdidləri diqqətli şəkildə izləməyə və onlara cavab verməyə davam edəcək”.

Təhlilçilər eyni zamanda təmkin göstərməyə çağırıblar.

“Bu qruplar səbirlidir və yüksək bacarığa malikdir. Buna görə də bir növ narahatlıq doğuran və keçmişə aid bir şey kimi rədd edilməməlidir. Hamı Rusiya və Çin ilə böyük güc rəqabətinə diqqət yetirmək və bir növ terrorizmə qarşı qlobal müharibəni geridə qoymaq istəyir, amma demək istəyirəm ki, gəlin irəliyə qaçmayacaq,” Soufan Qrupunun eksperti Kolin Klark qeyd edir.

Əl-Qaidənin ilk dəfə 1993-cü ildə Dünya Ticarət Mərkəzinə hücumu nəticəsində 6 nəfəri ölmüşdü. 2001-ci il sentyabrın 11-dək qrup nisbətən az tanınırdı.

XS
SM
MD
LG