Accessibility links

İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyən bəynatla çıxış edib


İslam Əməkdaşlıq Təşkilatı (İƏT) avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyən bəynatla çıxış edib.

“İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi avqustun 4-də radikal dini qrup tərəfindən Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinə qarşı zorakılıq və qəbuledilməz hücumu pisləyir. Səfirliyin binasına daxil olaraq, qrup üzvləri vandalizm aktı törədib, binanın eyvanında dini bayraqlar qaldırıb və radikal dini şüarlar səsləndiriblər. Bu, diplomatik binaların toxunulmazlığı prinsipini birbaşa pozub. Baş Katiblik hadisənin hərtərəfli araşdırılmasını tələb edir,” İƏT-in bəyanatında qeyd olunur.

Avqustun 4-də “Mehdinin Xidmətçiləri Birliyi” ekstremist şiə qruplaşması Azərbaycanın Londondakı səfirliyini ələ keçirib. London polisi 8 nəfəri saxlayıb.

Əvvəllər İslam Konfransı Təşkilatı adı ilə tanınan İslam Əməkdaşlıq Təşkilatı 1969-cu ildə təsis edilib və 57 üzv dövlətdən ibarət hökumətlərarası təşkilatdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Şimali Koreya Yaponiya üzərindən ballistik raket atıb
please wait

No media source currently available

0:00 0:10:17 0:00
XS
SM
MD
LG