Accessibility links

Keçmiş əmək və əhalinin sosial müdafiəsi nazirinin məhkəməsi başlayıb


Səlim Müslümov
Səlim Müslümov

Avqustun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə hazırlıq iclası olub.

Müslümovun vəkillərinin məhkəmə iclaslarının qapalı keçirilməsi barədə qaldırdığı vəsatəti hakim təmin etməyib.

Məhkəmənin baxışı avqustun 15-nə təyin edilib.

Səlim Müslümov 2013 -cü ilin oktyabrından 2018-ci ilin aprelinədək Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri olub. Onun nazir işlədiyi dövrdə nazirliyin fəaliyyəti Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Toplanılan materiallar üzrə Müslümov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə 2021-ci ilin fevralında həbs qətimkan tədbiri seçilib.

Daha sonra səhhətindəki problemlərlə bağlı sabiq nazir ev dustaqlığına buraxılıb.

Yerli mediasnın məlumatına görə keçmiş nazirin çoxsaylı daşınmaz əmlakının üzərinə həbs qoyulub.

XS
SM
MD
LG