Accessibility links

Arif Hacılı: Londonda səfirliyə hücum Azərbaycan dövlətinə qarşı hücumdur


Azərbaycanın Müsavat Partiyasının başqanı Arif Hacılı
Azərbaycanın Müsavat Partiyasının başqanı Arif Hacılı

Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə müsahibəsində Azərbaycanın Londondakı səfirliyinə edilən hücumun səbəblərindən, gələcəkdə belə hücumların qarşısının alınması istiqamətində görülə biləcək addımlardan danışıb.

Amerikanın Səsi: Azərbaycanın Londondakı səfirliyinə hücumu necə qiymətləndirirsiniz? Sizcə bu hücumu doğuran səbəblər nədir?

Arif Hacılı: Bu, çox ciddi hadisədir. Bu hadisənin törədilməsinin əsas səbəblərindən biri Azərbaycana qarşı İran İslam Respublikasında ardıcıl olaraq aparılan təbliğatdır. Orada belə bir uydurma var ki, Azərbaycan hazırda "sionist qüvvələrin" nəzarəti altındadır. Azərbaycan onlara təslim olub və s. Belə bir təbliğatın nəticəsi olaraq Azərbaycan səfirliyinə belə bir hücum edilib.

Amerikanın Səsi: Son zamalar sosial şəbəkələrdə Azərbaycanda dini hüquqların və vicdan azadlığının təmin olunması barədə diskussiyalar geniş yer alır. İstifadəcilərin bir hissəsi bu hüquqların pozulduğunu deyir, inanclı insanların qısnanmasını iddia edir. Digərləri isə əksinə olaraq dindarları qınayır, onların dünyəvi dövlət qanunlarına zidd təbliğat apardığını deyir. Siz durumu necə qiymətləndirərdiniz?

Arif Hacılı: Təəssüf ki, bütün sahələrdə olduğu kimi, bu sahədə də Azərbaycan hakimiyyətinin apardığı siyasət qənaətbəxş olan bir siyasət deyil. Azərbaycan dünyəvi dövlətdir. Təbii ki, Azərbaycanda dövlət quruluşunun dəyişdirilməsi, Azərbaycanda son dövrlərdə yeni “kəşf olunmuş” “Kərimə” dövlətinin qurulması və s. kimi təbliğat cinayət məsuliyyəti yaradır. Çünki Azərbaycan dövlətinin quruluşunun dəyişdirilməsi təbliğatı və bu istiqamətdə aparılan fəaliyyət faktiki olaraq Azərbaycanın konstitusiyasına və dövlət quruluşuna qarşı yönəlmiş bir cinayətdir. Digər tərəfdən, müəyyən dini qrupların hakimiyyətə müxalif mövqedə durması səbəbindən təqib altında olması da faktdır və bu da əks reaksiya doğurur və ölkədə gərginlik yaradır. Təəssüf ki, son dövrlərdə İranın Azərbaycana dini məsələlərlə əlaqədar təsir imkanları xeyli artıb və onlar öz mexanizmlərini işə salaraq, Azərbaycanda olan ümumi ictimai düşüncəyə və Azərbaycanın dövlət siyasətinə təsir göstərməyə çalışırlar. Azərbaycan cəmiyyyəti və hakimiyyəti bunu nəzərə almalıdır.

Arif Hacılı: Londonda səfirliyə hücum Azərbaycan dövlətinə qarşı olan hücumdur
please wait

No media source currently available

0:00 0:05:54 0:00

Amerikanın Səsi: Ümimiyyətlə, gələcəkdə belə hücumların qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

Arif Hacılı: Hər bir dövlət öz ərazisində olan səfirliklərin təhlükəsizliyini qorumağa məcburdur. Yəni, bu, onun öhdəliyidir. Hər bir səfirliyin ərazisi o dövlətin ərazisi sayılır. Yəni, bu baxımdan Londonda Azərbaycan səfirliyinə olan hücum Azərbaycan dövlətinə qarşı olan bir hücum kimi dəyərləndirilməlidir. Azərbaycanın milli bayrağının endirilməsini Azərbaycanın dövlət quruluşunun təhqir edilməsi kimi dəyərləndirmək lazımdır və buna adekvat cavab verilməlidir. Azərbaycan hakimiyyəti Böyük Britaniya hökümətindən daha sərt və birmənalı şəkildə bu hadisəni törədənlərin və bu hadisənin sifarişçilərinin kimlər olduğunu aşkarlanmasını tələb etməli və bu məsələnin üzərinə getməlidir. Əgər bu hadisə belə sakitçiliklə sovuşsa və buna adekvat reaksiya olmasa, ilk növbədə Azərbaycan tərəfindən adekvat reaksiya olmasa, belə hallar sonralar təkrarlana bilər. Azərbaycanda da müxtəlif ölkələrin səfirlikləri var.

Amerikanın Səsi: Azərbaycanda dövlət-din münasibətləri ölkənin konstitusiyasına və qanunvericiliyinə uyğun nizamlanır? Reallıq necədir?

Arif Hacılı: Azərbaycan həm milli-etnik baxımdan, həm də dini baxımdan ən tolerant ölkələrdən biridir. Azərbaycanda tolerantlıq çox yüksək səviyyədədir. Düzdür, son dövrlərldə İranın Azərbaycan üzərində təsir imkanlarının genişlənməsi nəticəsində bir qədər tolerantlıq sahəsində balans pozulub. Çünki Azərbaycan yalnız şiələrin olduğu bir ölkə deyil. Azərbaycanda sünnilər var, heç bir dinə inanmayanlar var, başqa dinə sitayiş edənlər var. Ona görə bütövlükdə belə bir dini sistemin inkişaf etdirilməsi və təbliğ olunması təbii ki, bu bir qədər tolerantlıq prinsipini pozur. Bu da nəzərə alınmalıdır. Ona uyğun da addımlar atılmalıdır. Azərbaycan hakimiyyəti bu məsələləri nizamlamaq zorundadır. Çünki buna uyğun olan müxtəlif idarələr var. Həm konstitusiya ilə, həm qanunlarla, həm də təbliğatla ictimai fikrin möhkəmlənməsi ilə bu məsələlər nizamlanmalıdır. Təəssüf ki, Azərbaycan hakimiyyəti Azərbaycanda olan demokratik qüvvələri sıxışdırmaqla, dünyəvi dövlət, sivil bir dövlət quruluşu tərəfdarlarını sıxışdırmaqla bu cür müəyyən radikal dini düşüncələrin inkişaf etdirilməsinə şərait yaradır. Yəni, bütövlükdə balansın pozulmasının səbəblərindən biri də budur.

Azərbaycan hakimiyyəti ölkədə din azadlığı sahəsində ciddi problemlərin olmadığını bildirir, digər hüquq və azadlıqlar kimi din azadlığının da tam təmin olunduğunu bəyan edir. Ölkədə dini tolerantlıq hakimiyyətin tez-tez istinad etdiyi, örnək hesab etdiyi məqamlardandır. Hakimiyyət nümayəndələri həmçinin ölkədə insan haqları pozuntuları ilə bağlı beynəlxalq tənqidləri rədd edir.

Azərbaycanın Londondakı səfirliyinə hücum

Avqustun 4-də “Mehdinin Xidmətçiləri Birliyi” ekstremist şiə qruplaşması Azərbaycanın Londondakı səfirliyini ələ keçirib. Rəsmi məlumatlara görə, səfirliyə hücum edən 8 nəfər London polisi tərəfindən saxlanılıb. Azərbaycan Baş Prokurorluğu avqustun 4-də bu ölkənin Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinin inzibati binasına radikal dini qruplaşmanın hücum etməsi faktı ilə bağlı Azərbaycan Cinayət Məcəlləsinin 12.3, 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 12.3, 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 12.3, 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi başlayıb.

Rəsmi Tehran isə Azərbaycan cəmiyyətində deyilən fikirlərlə bağlı hələ münasibət bildirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG