Accessibility links

Bayden daşqından zərər çəkmiş Kentukkiyə yardım vəd edir


Bayden daşqından zərər çəkmiş Kentukkiyə yardım vəd edir
please wait

No media source currently available

0:00 0:02:18 0:00

Prezident Co Bayden bazar ertəsi Kentukki ştatının daşqından zərər çəkmiş Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinin bərpa mərkəzinə baş çəkib və burada dəhşətli fəlakətlərə səbəb ola biləcək iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədi daşıyan bu yaxınlarda qəbul edilmiş qanunvericiliyi də ön plana çıxarıb. Ştat qubernatoru deyir ki, indiyə qədər təxminən 38 nəfər həyatını itirib.

Kentukki ştatının cənub-şərq bölgələrinin sakinləri keçən ayın sonunda daşqınlara səbəb olub, yüzlərlə insanın didərgin düşməsin və onlarla insanın ölümü ilə nəticələnən şiddətli yağışların dəhşətli gücünün şahidi olublar.

Bunlar əvvəllər evlər, uşaq meydançaları və məktəblər idi.

Sakinlər həyatlarını yenidən bərpa etməyə çalışdığı vaxt prezident Co Bayden bazar ertəsi səfəri zamanı federal hökumətin siyasətdən asılı olmayaraq bacardığı qədər tez işlədiyini açıqlayıb.

"Hazırda hava bizim nəzarətimizdən kənarda ola bilər, lakin bu, bizim nəzarətimizdən kənarda deyil. Və sizə söz verirəm. Biz federal hökumət, ştat, mahal və şəhərlə birlikdə qalırıq. Hamı öz yerinə qayıdana qədər burada qalacağıq," ABŞ prezidenti qeyd edib.

Bir gün əvvəl Bayden Kentukki ştatının bu aşağı gəlirli bölgəsində təmizlik işləri üçün federal maliyyənin artırılmasına icazə verib.

Bayden həmçinin administrasiyanın "mövcud iqlim dəyişikliyi böhranı ilə mübarizəyə indiyə qədər ən böyük investisiya qoyuluşu" adlandırdığı İnflyasiyanın Azaldılması Aktının qəbul edilməsini vurğulayıb.

Bazar günü qəbul edilən bu qanun enerji təhlükəsizliyi istiqamətində işləmək və ABŞ-da günəş panelləri, külək turbinləri və elektrik avtomobillərini istehsal edən iş yerlərinin yaradılması üzrə işlərə 369 milyard dollar ayrılmasını nəzərdə tutur.

Kentukki qubernatoru, Respublikaçıların üstünlük təşkil etdiyi ştatda demokrat olan Andi Beşir federal hökumətə və könüllülərə köməyə görə təşəkkür edib və ştatın uzun müddətli perspektivdə ehtiyacı olduğu hesab etdiyi işləri qeyd edib.

“Dünya heç vaxt görmədiyimizdən daha çox ianə və daha çox dollarla köməyimizə gəldi. Bir mesaj budur ki, indi ehtiyac duyduğumuz ianələr dollardır. Bizim artıqlaması ilə paltar və suyumuz var. İndi bizə lazım olan orta və uzunmüddətli yenidənqurma üçün dollardır,” Kentukki qubernatoru Endi Beşir qeyd edib.

ABŞ prezidenti uzun müddət üçün dəstəyi davam etdirmək əzmində olduğunu bildirib.

“Biz dünyada yeganə ölkəyik ki, hər bir böyük fəlakətdən daha güclü çıxırıq. Gələrkən əzilsək də, əvvəlkindən daha güclü çıxdıq. Burada məqsəd budur, sadəcə olduğumuz yerə qayıtmaq deyil, olduğumuz yerdən daha yaxşı vəziyyətə qayıtmaqdır. Bizim ikipartiyalı qaydada qəbul edilmiş qanunvericiliklə bunu etmək üçün indi imkanımız var.”

Heç kim Kentukkinin fəlakətdən qayıtmasının tez olacağını gözləmir, nə qubernator, nə də prezident və təbii ki, indi həyatlarını yenidən qurmalı olan bu ailələr.

XS
SM
MD
LG