Accessibility links

Azərbaycanda rəsmi qurumlar inflyasiyanın 13 faiz, müstəqil ekspert isə 25 faiz olduğunu bildirir 


Azərbaycan istehlak bazarında qiymətləri 2022-ci ilin yanvar-iyul aylarında 2021-ci ilin yanvar-iyul aylarına nisbətən 113,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 118,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 107,0 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,1 faiz təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumatda deyilir ki, bu ilin iyul ayında istehlak qiymətləri əvvəlki aya nisbətən 100,5 faiz, əvvəlki ilin iyul ayına nisbətən 113,7 faiz təşkil edib.

2022-ci ilin iyul ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin iyul ayına nisbətən 120,3 faiz təşkil edib.

Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, kolbasa məmulatlarının, mal, qoyun və toyuq ətinin, qatılaşdırılmış şəkərli südün, xamanın, yumurtanın, bitki yağlarının, limonun, pomidorun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, qəhvənin, mineral suların, kola içkisinin, limonadın, pivənin, ucuzlaşma isə əsasən təzə balığın, bananın, gavalının, əriyin, şaftalının, qarpızın, yemişin, xiyarın, kələmin, bibərin, badımcanın, göy lobyanın, kartofun, çuğundurun, yerkökünün qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2022-ci ilin iyul ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,4 faiz, əvvəlki ilin iyul ayına nisbətən 108,6 faiz təşkil edib. Cari ilin iyul ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma Aİ-95 markalı avtomobil benzinin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, mebellərin, məişət cihazlarının, divar kağızlarının, toz şəklində sintetik yuyuсu vasitələrin, şampunların, diş pastalarının və dezodorantların, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2022-ci ilin iyul ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, əvvəlki ilin iyul ayına nisbətən 108,9 faiz təşkil edib. Cari ilin iyul ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən daha çox bahalaşma mənzillərin təmiri, ictimai iaşə və MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində, ucuzlaşma isə dəmir yolu nəqliyyatı ilə ölkədaxili və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib, Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilir.

Sosial-iqtisadi məsələlər üzrə ekspert Rəşad Həsənov Amerikanın Səsinə müsahibəsində bildirib ki, rəsmi inflyasiya statistikası ilə real inflyasiya arasında ciddi fərq var.

Rəşad Həsənov: Azərbaycanda illik infilyasiya səviyyəsi 25 faiz ətrafındadır
please wait

No media source currently available

0:00 0:08:17 0:00

“Alternativ araşdırmalar göstərir ki, hazırda ölkədə illik inflyasiya səviyyəsi 25 faiz ətrafındadır. Bu ərzaq məhsullarında 35-40 faizə qədər yüksəlir. Bununla yanaşı inflyasiya artan xətlə inkişafadır.”

Ekspertin firkincə, hökumət inflyasiya ilə bağlı daha konservativ rəqəmlər göstərir.

“Burada hökumətin siyasi və iq tisadi maraqları var. Çünki inflyasiya bir tərəfdən əhalinin pensiya hesablarında toplanmış kapitalın indeksasiyasında istifadə olunur. Digər tərəfdən əhalinin yoxsulluq səviyyəsinin ölçülməsi zamanı gəlirlərin dəyərsizləşməsi ilə müşayiət olunur. Ona görə də hökumət bu rəqəmləri konservativ göstərməklə əlavə xərcləri konpnensasiya etmək istəyir,” ekspert qeyd edib.

Həsənov hesab edir ki, əmək haqlarındakı artım inflyasiya tempindən çox aşağıdır.

“Əhalinin əmək haqlarında ciddi artım yoxdur. Xüsusilə real sektorda ciddi maliyyə çətinlikləri yaranıb. Yalnız 2022-ci ilin əvvəlində dövlət seqmetində əmək haqlarında 20 faiz artımlar edildi. Bu da əslində 2021-ci ildə yaranan inflyasiya təzyiqlərini konpensasiya etməyə yetirdi. 2022-ci ildəki inflyasiya təzyiqləri əhalinin gəlirlərinin dəyərsizləşməsinə gətirib çıxarıb.”

Ekspertin fikrincə, indiki anda vəziyətdən çıxış üçün hökumət məsələyə konseptual yanaşmalıdır.

“Bir tərəfdən antiinflyasiya tədbirləri davamlı xarakter almalıdır. Burada da uzunmüddətli, ortamüddətli tədbirlərlə yanaşı qısamüddətli dövrdə görüləcək işlər yer almalıdır və səmərəli istiqamətlərə yönəlməlidir. Hökumət əlindəki alətlərdən istfadə edərək təklifləri artırmaldır ki, inflyasiya meylləri azalsın. İkinci, inflyasiyanın yaratdığı yoxsullaşma təsirini azalmaq üçün, xüsusilə əhalinin aşağı gəlirli sosial qruplarına təsirin azaldılması ilə bağlı yanaşma olmalıdır. Burada sosial paketlər açıqlanmalıdır.”

Həsənov Azərbaycanın iqtisadiyyat nazirinin qarşıdakı böhranla bağlı dediklərindən danışarkən bildirib ki, müxtəlif istiqamətlərdə böhran mümkündür.

“Birinci, inflyasiya əhalinin alıcılıq qabiliyyətini aşağı salıb. Bu o deməkdir ki, real istehsal səviyyəsi aşağı düşəcək. Bu da dövlət büdcəsinin gəlirlərinin azalmasına və potensial sosial layihələrin icrasında çətinliklər yaranmasına səbəb ola bilər. İkinci istiqamət qlobal səviyyədə enerji qiymətlərinin ucuzlaşma ehtimalıdır. Bu isə neftdən asılı ölkə olan Azərbaycan üçün arzu olunan ssenari deyil. 2022-ci ildə qlobal iqtisadiyyatda staqnasiyanın (böyümənin olmaması-red) və resessiyanın (işgüzar dövrün pik fazasından sonra iqtisadi fəallığın geriləməsi) olması ehtimalı çox yüksəkdir. Bu da neft qiymətlərini kəskin şəkildə ucuzlaşdıra bilər. Üçüncü, qıtlıqla bağlı böhrandır. Artıq bir sıra beynəlxalq təşkilatlar 2022-ci ili ərzaq qıtlığı ili kimi xarakterizə etməyə başlayıb. Belə bir şəraitdə ölkədə bir sıra mallar üzrə təklifin əhəmiyyətli dərəcədə azalması, belə şəraidə qıtlıq və ərzaq tələbatının aşağı düşməsi fonunda keyfiyyətsiz qidalanma problemi ilə üzləşmə ola bilər. Maliyyə-bank sektoru ilə bağlı təhlükələr nisbətən zəifdir. Çox təzadlı olsa da, təbii ki, qlobal şoklar, xüsusilə enerji bazarlarında olan şoklar Azərbaycan iqtisadiyyatına təsir göstərib. Azərbaycan iqtisadiyyatının xüsusi bir müqavimət gücü də var. Çünki iqtisadiyyat qlobal iqtisadiyyata inteqrasiya etməyib. Bu səbəbdən qlobal iqtisadiyyatda baş verən şokların Azərbaycan iqtisadiyyatına təsir etmə kanalları da zəifdir,” ekspert belə düşünür.

Dünyaya Baxış

Dünyaya Baxış.Rusiya məktəbində 11-i uşaq olmaqla, 15 nəfər qətlə yetirilib
please wait

No media source currently available

0:00 0:13:09 0:00
XS
SM
MD
LG