Accessibility links

Ukrayna səhiyyə naziri Rusiyanın tibbi yardıma mane olduğunu bildirir


Ukrayna səhiyyə naziri Viktor Liaşko
Ukrayna səhiyyə naziri Viktor Liaşko

Ukrayna səhiyyə naziri Rusiyanın ölkəyə altı aya yaxın hərbi müdaxiləsi müddətində işğal etdiyi ərazilərdə əhalinin əlçatan səhiyyə xidmətinə çıxışını məhdudlaşdırdığını və bununla insanlığa qarşı cinayət törətdiyini deyib.

Associated Press xəbər agentliyinə müsahibəsində Ukrayna səhiyyə naziri Viktor Liaşko bildirib ki, Rusiya rəsmiləri dəfələrlə işğal olunmuş şəhərlərdə, qəsəbələrdə və kəndlərdə sakinlərə dövlət tərəfindən subsidiyalaşdırılmış dərmanların çatdırılmasına imkan verməyib.

“Müharibənin altı ay müddətində Rusiya xəstələrin ehtiyac duyduğu dərmanları bizim təchiz etməyimiz üçün müvafiq humanitar koridor təşkil etməyib” – deyə Liaşko keçən cümə günü Səhiyyə Nazirliyində danışarkən bildirib.

“Biz inanırıq ki, Rusiya bu addımı bilərəkdən atır və biz bunu insanlığa qarşı cinayət, müharibə cinayəti kimi qəbul edirik. Bu addımlar sənədləşdiriləcək və tanınacaq.”

Ukrayna hökumətinin xərçəng və xroniki xəstəliklərdən əziyyət çəkənlərin dərmanla təminetməsi proqramı var. Xəstəxanaların və infrastrukturun dağıdılması, o cümlədən 7 milyon insanın evlərindən köçkün düşməsi müalicələrə təsir edib. Bu barədə Birləşmiş Millətlər Təşkilatı və Ukrayna rəsmiləri bildirir.

Ukraynada müharibə nəticəsində dövlət səhiyyə xidmətləri ciddi maneələrlə üzləşir. Rusiya preizdenti Vladimir Putin 24 fevral tarixində qoşunlara Ukraynanı işğal etməyə əmr verən müddət ölkənin sahiyyə xidməti əhəmiyyətli islahat prosesində idi.

Ümumdünya Səhiyyə Təşkilatınin məlumatına əsasən, müharibə dövründə Ukrayna xəstəxanalarına və digər tibb müəssisələrə 455 hücum qeydə alınıb. Həmin hücumlar nəticəsində 86 nəfər ölüb, 105 nəfər xəsarət alıb.

Amma Liaşkonun sözlərinə görə bilavasitə təsirin daha ağır nəticələri olub.

“Hal-hazırda Ukraynanın nəzarət etdiyi ərazilərdə yollar və körpülər dağılmış haldadır. Belə vəziyyətdə ürək tutması və ya infarkt olan insanları xəstəxanaya çatdırmaq çətindir. Təcili tibbi yardım maşını çağırılan yerə vaxtında gələ bilmir. Nəticədə müharibə daha çox itkilərə səbəb olmuş olur” – deyə Ukrayna səhiyyə naziri bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG