Accessibility links

Çin birgə təlimlər üçün Taylanda qırıcı və bombardmançı təyyarələr göndərir


Çin Hərbi Hava Qüvvələri Tayland ordusu ilə birgə təlim üçün Taylanda bazar günü qırıcı və bombardmançı təyyarələr göndərir.

Çin Müdafiə Nazirliyinin saytında yerləşdirilən məlumata əsasən, təlim havadan dəstək, quru hədəflərinə zərbələr, kiçik və irimiqyaslı qoşunların yerləşdirilməsini əhatə edəcək.

Çinin Asiya-Sakit okean regionunda intensivləşən hərbi fəaliyyəti ABŞ və müttəfiqlərin narahatlığına səbəb olub. Bu, dünyanın iki ən nəhəng iqtisadiyyatı arasında gərginliyi alovlandıran artan strateji və iqtisadi rəqabətin bir hissəsidir.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin iyun ayında Amerikanın regionda “müqayisəsi olmayan müttəfiqlik və tərəfdaşlıq şəbəkəsini” gücləndirmək səyləri çərçivəsində Taylanda səfər edib.

“Şahin zərbəsi” təlimi Taylandın şimalında, Laosla sərhədə yaxın Udorn Kral Tayland Hərbi Hava Qüvvələri bazasında keçiriləcək. Hər iki ölkədən Tayland qırıcıları və hava destantı təyyarələri də iştirak edəcək.

Təlim ABŞ-ın İndoneziyada Avstraliya, Yaponiya və Sinqapurla birlikdə döyüş təlimləri keçirdiyi vaxta təsadüf edir. Bu təlimlər 2009-cu ildə keçirilmiş “Super Qaruda Qalxanı” təlimlərinin ən böyük təkrarıdır.

Bu, həmçinin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra Çinin adanın ətrafındakı sulara və havaya döyüş gəmiləri, raketlər və təyyarələr göndərməsindən sonra baş verir.

Prezident Co Baydenin Hind-Sakit Okean üzrə baş müşaviri Kurt Kempbell cümə günü ABŞ Tayvanı dəstəkləmək üçün qəti addımlar atacaq, o cümlədən Tayvan və Çini ayıran 160 kilometr enində su yolu ilə döyüş gəmiləri və təyyarələr göndərəcəyi deyib.

“Biz beynəlxalq hüququn icazə verdiyi yerdə, naviqasiya azadlığına dair uzunmüddətli öhdəliyimizə uyğun olaraq, uçmağa, üzməyə və fəaliyyət göstərməyə davam edəcəyik. Bu, yaxın bir neçə həftə ərzində Tayvan boğazı ilə standart hava və dəniz tranzitlərinin həyata keçirilməsini əhatə edir. ”

XS
SM
MD
LG