Accessibility links

Salman Rüşdinin xəstəxanada danışmağa başladığı bildirilir


Arxiv fotosu - Yazıçı Salman Rüşdi London, 6 iyun, 2017.

Yazıçı Salman Rüşdi şənbə günü Nyu-York ştatının qərbində Çautauqua İnstitutunda yaradıcılıq azadlığı mövzusunda çıxış etməyə hazırlaşdığı vaxt bir neçə dəfə bıçaqlandıqdan bir gün sonra xəstəxanada süni tənəffüs aparıtından çıxarılıb və yenidən danışmağa başlayıb.

Chautauqua İnstitutunun prezidenti Maykl Hill şənbə günü gecə saatlarında bunu Twitter səhifəsində bildirib.

Hücumdan sonra əməliyyat olunan Salman Rüşdinin süni nəfəs aparatına qoşulduğu bildirilirdi.

Rüşdiyə hücumda təqsirləndirilən Hadi Matar şənbə günü adam öldürməyə cəhd və hücum ittihamları üzrə özünü təqsirli bilməyib. O, zəmanətə buraxılmadan saxlanılır. Hücumun motivi bəlli deyil.

Salman Rüşdi 1988-ci ildə “Şeytan ayələri” adlı kitabının nəşrindən sonra ölüm fətvası ilə qarşılaşmışdı.

“Şeytan ayələri”nin nəşrindən sonra İranın o zaman ali dini lideri Ayətullah Ruhulla Xomeyni mövzu İslama qarşı küfr hesab olunduğu üçün Rüşdi və kitabın nəşrində iştirak edən hər kəsi öldürmək üçün fətva vermişdi.

Fətva İslam dinində hökmdür. Xomeyni vəfat etsə də, fətva qüvvədə qalır.

Rüşdi fətvanın verilməsindən sonra təxminən doqquz il təcrid şəraitində yaşasa da, bundan sonra daha açıq həyat tərzi sürməyə başlayıb.

75 yaşlı yazıçının bıçaqlanma nəticəsində qaraciyəri zədələnib və qolunun əsəb telləri kəsilib. Rüşdinin agenti Endryu Uayli cümə günü onun belə görünür yaralanan gözünü itirəcəyini bildirib.

“Salman Rüşdi bəşəriyyət anlayışı, bənzərsiz tarix hissiyyatı, qorxudulmaq və ya susdurulmağı rədd etməsi ilə fundamental və universal idealları müdafiə edir. Həqiqət. Cəsarət. Qətiyyət. Qorxmadan fikirləri bölüşmək bacarığı. Bunlar istənilən azad və açıq cəmiyyətin qurulduğu əsaslardır,” ABŞ prezidenti Co Bayden açıqladığı bəyanatda bildirib.

Müəllifə hücum Chautauqua İnstitutunda təhlükəsizlik protokolları ilə bağlı sualların yaranmasına səbəb olub.

Qurum şənbə günü yeni və daha sərt təhlükəsizlik tədbirləri tətbiq etdiyini bildirib.

XS
SM
MD
LG