Polisin verdiyi məlumata görə, bazar günü səhər saatlarında ABŞ Konqresinin binası yaxınlığında avtomobilini barrikadaya vuran və havaya atəş açan şəxs intihar edib.
ABŞ Kapitoli polisinin bildirdiyinə görə, həmin şəxs səhər saat 4 radələrində qəzaya uğramış avtomobilindən endiyi zaman avtomobil alovlanıb.
“Hazırda belə görünür ki, həmin şəxs tətildə olan Konqres üzvlərindən kimisə hədəf almayıb və zabitlər silahlardan atəşə açamayıblar,” Kapitoli polisi bildirib.
Polisin bildirdiyinə görə, daha sonra həmin şəxs Şərqi Kapitol küçəsində havaya bir neçə atəş açıb və buna reaksiya verən polis yaxınlaşan zaman o özünü güllə ilə vurub. Başqa heç kimin xəsarət almadığı deyilir.
Hadisə Vaşinqton Şəhər Polis Departamenti tərəfindən araşdırılır, şəxsin kimliyi və onun motivləri ilə bağlı hər hansı təfərrüat açıqlanmayıb.